Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu məhsullar bahalaşdı - QİYMƏTLƏR (VİDEO)

04.12.2024 14:19 1 227
Azərbaycanda bu məhsullar bahalaşdı - QİYMƏTLƏR (VİDEO)
Süd, qaymaq, qatıq, şor, nehrə yağı və digər ağartı məhsullarının qiymətində son vaxtlar artım var.

Qiymət artımını satıcılar da təsdiq edirlər. Bakının "8-ci kilometr" bazarına hər bölgədən məhsul gətirilir. Bura ən ucuzluq olan yer kimi tanınsa da, süd məhsullarının bahalaşdığı bildirilir.

Satıcılar deyirlər ki, bəzi məhsullarda 30-50 qəpik arası qiymət artımı var.

Alıcılar isə artım olsa da, bazardan məhsul almaq mağaza və marketlərdən ucuz başa gəldiyi qənaətindədirlər.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yerli süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıqda xərclərin artmasıdır. Digər bir məqam isə xaricdən gələn süd məhsullarının bahalaşmasıdır.

Xalid Kərimli qeyd edib ki, Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumata görə, son 12 ay ərzində ağartı məhsullarının qiyməti 21.4 faiz yüksəlib. Bahalaşma son aylarda daha da sürətlənib. Dünyada süd məhsullarının bahalaşması Azərbaycana da təsir göstərir. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm də idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymətini artırır.

Son xəbərlər