Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı
Göygöldə adam bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı şəxs saxlanılıb.
Göygöl rayon ərazisindən fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında 1990-cı il təvəllüdlü Elvin Mehdiyev bıçaqlanıb.
Zərərçəkən Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı B.Xıdırov isə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb.
Mübahisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az