Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?

27.10.2026 13:31 630
Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?
İnflyasiya, qiymət artımları və maliyyə bazarlarında baş verən dəyişikliklər vətəndaşları yığımlarını qorumağın və artırmağın yollarını axtarmağa vadar edir. Əldə olan pulu bankda saxlamaq, dövlət istiqrazlarına yatırmaq, yoxsa qızıl almaq daha məqsədəuyğundur? İlk baxışdan risksiz görünən maliyyə alətləri belə müəyyən şərtlər daxilində vəsaitin dəyərini itirməsinə səbəb ola bilər. Məsələn, bank əmanətindən əldə edilən faiz inflyasiyadan aşağı olarsa, hesabdakı məbləğ artsa da, həmin pulla alınan mal və xidmətlərin miqdarı azala bilər. İstiqrazlar da gəlirlilik, müddət və bazar qiymətindəki dəyişikliklər baxımından fərqlənir. Qızıl isə ənənəvi olaraq dəyər qoruma vasitəsi hesab edilsə də, onun qiyməti hər zaman yüksəlmir və alqı-satqı zamanı əlavə xərclər yarana bilər

Belə olan halda, məhdud gəliri olan vətəndaşlar pullarını hansı maliyyə alətinə yönəltməlidirlər? Yığımları inflyasiyadan qorumaq, gəlir əldə etmək və mümkün riskləri minimuma endirmək üçün hansı investisiya strategiyası daha məqsədəuyğundur?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib:
"Məhdud gəliri olan vətəndaşlar üçün əsas məqsəd yüksək gəlir əldə etməkdən əvvəl mövcud yığımı qorumaq və gözlənilməz xərclər qarşısında maliyyə ehtiyatına malik olmaqdır. Buna görə də bütün vəsaiti bir maliyyə alətinə yatırmaq düzgün yanaşma deyil".
İqtisadçının sözlərinə görə, bank əmanəti, dövlət istiqrazları və qızılın hər birinin üstünlükləri və riskləri var. Bank əmanəti əvvəlcədən müəyyən edilmiş faiz gəliri və nisbətən yüksək likvidlik təmin edir, lakin faiz inflyasiyadan aşağı olduqda vəsaitin real alıcılıq qabiliyyəti azalır.
Akif Nəsirli

Akif Nəsirli əlavə edib ki, dövlət istiqrazları müəyyən şərtlərlə sabit gəlir əldə etmək imkanı yaradır, ancaq onların müddətini, gəlirliliyini və vaxtından əvvəl satılarkən yarana biləcək qiymət riskini nəzərə almaq lazımdır. Qızıl isə uzunmüddətli dövrdə dəyərin qorunmasına kömək edə bilər, lakin müntəzəm gəlir gətirmir və qiyməti enə də bilər.

Sədr qeyd edib ki, ən doğru seçim vəsaiti qiymətli kağızlar bazarına yatırmaqdır ki, bu bazar ölkəmizdə inkişaf etmədiyindən vətəndaşlarımız bu imkandan məhrumdur.
Məncə, kiçik yığımları olan vətəndaşlar üçün ən məqsədəuyğun strategiya vəsaiti mərhələli şəkildə bölüşdürməkdir.
"İlk növbədə, bir neçə aylıq zəruri xərcləri qarşılaya biləcək ehtiyat pul likvid və əlçatan formada saxlanılmalıdır. Bundan sonra yığımın əsas hissəsi etibarlı bank əmanətləri və ya vətəndaşın məqsədinə uyğun dövlət istiqrazları kimi alətlərə yönəldilə bilər. Qızıl isə qiymət dəyişkənliyi və alqı-satqı fərqi nəzərə alınmaqla, portfelin yalnız bir hissəsini təşkil etməlidir", — deyə mütəxəssis vurğulayıb.
Mütəxəssis sonda deyib ki, burada bir mühüm məqam da var: investisiya qərarı yalnız nominal gəlirə görə verilməməlidir. Vergilər, komissiyalar, inflyasiya və digər xərclər çıxıldıqdan sonra əldə edilən real gəlirlilik əsas götürülməlidir. Üstəlik, vətəndaşın yüksək faizli borcu varsa, həmin borcun azaldılması bəzən investisiyadan daha sərfəli seçim ola bilər. Ən əsası, gündəlik yaşayış üçün lazım olan vəsaiti riskli alətlərə yatırmaq olmaz. Məhdud gəliri olan insanlar üçün düzgün strategiya qısa müddətdə varlanmaq deyil, yığımı qorumaq, riskləri bölüşdürmək və maliyyə imkanları artdıqca investisiyanı tədricən genişləndirməkdir.

Son xəbərlər