Mojo.az — elanlar
Son Xəbərlər
22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA

16.10.2026 15:25 627
Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA
Mal ətinin qiymətində müşahidə olunan bahalaşma fonunda alternativ zülal mənbələrinə, o cümlədən balıq məhsullarına tələbatın dəyişməsi məsələsi gündəmə gəlir. İstehlakçıların daha münasib qiymətə qida məhsulları axtarması bazarda tələb və təklif nisbətinə təsir göstərə bilər. Bu baxımdan, mal ətinin bahalaşmasının balıq məhsullarının qiymətinə necə təsir edəcəyi, yaxın dövrdə balıq bazarında qiymət artımı və ya ucuzlaşmanın mümkün olub-olmadığı maraq doğurur.

Balıq məhsullarına tələbatın artması qiymətlərin yüksəlməsinə səbəb ola bilərmi? Yoxsa bazardakı digər amillər qiymətlərin sabit qalmasına və ya azalmasına şərait yarada bilər?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, iqtisadçı İlqar Hüseynli bildirib ki, Azərbaycanda mal ətinin bahalaşması fonunda toyuq ətinin və balıq məhsullarının qiymətində də artım müşahidə olunur.
“İstehsalçılar quş ətinin bahalaşmasında onların deyil, satış məntəqələrinin, yəni mağaza və marketlərin rolunun daha böyük olduğunu müdafiə ediblər. İstehsalçılar qiymət artımının onların qərarları ilə bağlı olmadığını bildiriblər. Azərbaycanda balıq əti də ənənəvi olaraq bahalı məhsullar sırasındadır. Ət məhsullarının qiymətləri arasında müəyyən paralellik mövcuddur. Belə ki, quzu və mal ətinin, eləcə də quş ətinin qiymətindəki dəyişikliklər ümumi bazar tendensiyaları ilə əlaqəli ola bilər. Balıq məhsullarının qiyməti də bu proseslərdən kənarda qalmır. Müxtəlif ət məhsullarının qiymətləri arasındakı bu əlaqə ümumi bahalaşma meyillərinin güclənməsinə təsir göstərə bilər”.

Aysel

Son xəbərlər