Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir

20.10.2026 20:30 225
Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) dünyada ilk dəfə Marsın peyki Fobosa eniş etməli və onun səthindən torpaq nümunələrini Yerə çatdırmalı olan MMX kosmik aparatını orbitə göndərib.

Aparat Tanegaşima kosmodromundan H3 ağırdaşıyıcı raketi vasitəsilə buraxılıb.

MMX missiyasının əsas məqsədi Fobosdan torpaq nümunələri toplamaq, peykin mənşəyini və Marsın formalaşma tarixini araşdırmaqdır. Plana əsasən, kosmik aparat 2031-ci ildə Yerə qayıtmalı və topladığı nümunələrin yerləşdirildiyi kapsulu Yerə göndərməlidir.

Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Yosihiro Seki bildirib ki, layihə Fobosun mənşəyi haqqında yeni məlumatlar əldə etməklə yanaşı, gələcəkdə Marsa insanlı ekspedisiyalar üçün texnologiyaların sınaqdan keçirilməsinə də imkan yaradacaq.

MMX kosmik aparatının kütləsi 4,5 ton, günəş panellərinin açılmış vəziyyətdə eni isə 9 metrdir.

Missiya çərçivəsində tətbiq edilən texnologiyaların Marsın gələcək tədqiqatlarına, o cümlədən insanların iştirakı ilə həyata keçiriləcək uçuşlara hazırlıq prosesində istifadə olunacağı gözlənilir.//unikal

Son xəbərlər