Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər

19.09.2026 18:56 381
Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər
Alimlər Ayın mənşəyi ilə bağlı uzun illərdir müzakirə olunan nəzəriyyələrdən birini yeni məlumatlarla yoxlamağa hazırlaşırlar. Tədqiqatçıların diqqəti BepiColombo kosmik missiyasına yönəlib. Missiya Merkuri haqqında əldə edəcəyi məlumatlarla planetin keçmişini və onun Yer və Ayın formalaşmasındakı mümkün rolunu araşdıracaq.

Qaynarinfo Onet.pl-yə istinadən xəbər verir ki, nəzəriyyələrdən birinə görə, təxminən 4,5 milyard il əvvəl Günəş sisteminin ilkin mərhələsində Merkuri Yerə çevrilən protoplanetlə nəhəng toqquşma yaşaya bilərdi. Bu hadisə nəticəsində kosmosa böyük miqdarda material səpələnib və həmin maddənin bir hissəsindən Ay formalaşıb.

Bəzi alimlər isə Merkurinin indiki orbitində yaranmadığını düşünürlər. Onların fikrincə, planet vaxtilə Günəş sisteminin başqa bölgəsində, hətta Marsın yaxınlığında formalaşmış və sonradan indiki mövqeyinə keçmiş ola bilər.

Merkurinin qeyri-adi quruluşu diqqət çəkir

Bu fərziyyənin əsas səbəblərindən biri Merkurinin qeyri-adi daxili quruluşudur. Planetin kütləsinin təxminən 65 faizini dəmir tərkibli nüvə təşkil edir. Müqayisə üçün, Yer kürəsində nüvənin payı təxminən 32 faizdir.

Alimlərin fikrincə, Merkuri keçmişdə böyük toqquşma nəticəsində xarici təbəqəsinin əhəmiyyətli hissəsini itirmiş ola bilər. Bu materialın bir hissəsinin isə sonradan Yer və Ayın formalaşmasında iştirak etməsi ehtimalı araşdırılır.

NASA-nın MESSENGER missiyası zamanı 2011-2015-ci illərdə Merkuri ilə bağlı toplanan məlumatlar da bu məsələyə marağı artırıb. Planetdə kalium və toriumun nisbəti alimlərin gözləntilərindən fərqli olub. Xüsusilə kaliumun çoxluğu Merkurinin keçmişində baş vermiş güclü hadisəyə işarə edə bilər.

BepiColombo nəyi araşdıracaq?

Avropa Kosmik Agentliyi (ESA) və Yaponiyanın JAXA qurumunun birgə layihəsi olan BepiColombo 2018-ci ildə kosmosa göndərilib. Missiyanın əsas məqsədlərindən biri Merkurinin səthini, kimyəvi və mineral tərkibini ətraflı öyrənməkdir.

Kosmik missiya iki əsas orbital aparatla təchiz olunub: Mercury Planetary Orbiter və Mercury Magnetospheric Orbiter. Onların topladığı məlumatlar planetin necə formalaşdığını və sonrakı mərhələlərdə hansı dəyişikliklərə məruz qaldığını daha yaxşı anlamağa imkan verə bilər.

Alimlər hesab edirlər ki, Merkurinin tərkibinin dəqiq öyrənilməsi onun keçmişdə böyük toqquşma keçirib-keçirmədiyi barədə daha aydın təsəvvür yarada bilər. Bu isə öz növbəsində Ayın yaranması ilə bağlı mövcud nəzəriyyələrin sınaqdan keçirilməsinə kömək edəcək.

BepiColombo-nun Merkuriyə çatması alimlər üçün mühüm mərhələ hesab olunur. Planetin Günəşə yaxın yerləşməsi səbəbindən ona çatmaq və burada işləmək olduqca mürəkkəbdir. Missiyanın əldə edəcəyi nəticələr Merkurinin deyil, ümumilikdə Günəş sisteminin erkən tarixinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

Son xəbərlər