Mojo.az Banner
21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |     20:37 Qlobal əmtəə ticarətinin dəyəri 13,7 trilyon dollara çatdı - BMT-nin statistikası  |     20:29 Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar (VİDEO)  |     20:24 Bağçada uşağın qanından psixotrop maddə tapıldı - DİN və Baş Prokurorluğa müraciət edildi (YENİLƏNİB)  |     20:15 Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi  |     20:10 Azərbaycan millisinin məşqçisi vəfat edib  |     20:02 İndiyədək itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib  |     19:57 Sabah hava necə olacaq?  |     19:51 Təbii fəlakət 1000-dən çox insanın həyatına son qoydu  |     19:44 Azərbaycanla Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər  |     19:36 Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü  |     19:30 89 uşaq övladlığa verilib  |     19:22 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     19:17 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     19:09 Avqustun ən bahalı məhsulu açıqlandı  |    
Left Banner
Right Banner

Bu planet milyardlarla il əvvəl "ölməli" idi: Necə "sağ qalıb"?

04.07.2026 19:35 255
Bu planet milyardlarla il əvvəl
Astronomlar Yer kürəsindən təxminən 80 işıq ili uzaqlığında yerləşən və Yupiter ölçüsündə olan "WD 1856b” planetinin ağ cırtdan ulduzun ətrafında necə mövcudluğunu qoruyub saxladığını müəyyən ediblər. Araşdırmanın nəticələri "WION” nəşri tərəfindən təqdim olunub.

"WD 1856b” planeti ölmüş ulduzun nüvəsi olan ağ cırtdanın ətrafında cəmi 34 saata tam dövr edir. Planet ulduzun qarşısından keçərkən onun işığının təxminən 56 faizini örtür.

Planet ilk dəfə 2020-ci ildə NASAnın "TESS” peyki və "Spitzer” kosmik teleskopu vasitəsilə aşkar edilmişdi. Həmin vaxt alimlər bu qədər böyük planetin ölmüş ulduza necə bu qədər yaxın orbitdə yerləşdiyini izah edə bilmirdilər.

Alimlərin sözlərinə görə, Günəşə bənzər ulduzlar həyatlarının sonunda qırmızı nəhəng mərhələsinə keçir, yüzlərlə dəfə böyüyərək yaxınlıqdakı göy cisimlərini udur və ya məhv edir, daha sonra isə xarici qatlarını itirərək sıx ağ cırtdana çevrilirlər.

Buna görə də astronomlar hesab edirdilər ki, belə bir planet yalnız əvvəlcədən təhlükəsiz məsafədə yerləşdiyi halda sağ qala bilərdi.

Şotlandiyanın Sent-Endryus Universiteti və ABŞ-ın Nortvestern Universitetinin alimlərinin Ceyms Uebb Kosmik Teleskopundan istifadə etməklə apardıqları yeni araşdırma isə fərqli nəticə ortaya qoyub.

Tədqiqata əsasən, "WD 1856b” planeti ulduz qırmızı nəhəng mərhələsində olarkən onun yaxınlığında yerləşməyib. Planet əvvəlcə daha uzaq və təhlükəsiz orbitdə dövr edib. Ağ cırtdan formalaşdıqdan təxminən 3–5,5 milyard il sonra isə sistemdəki digər göy cisimlərinin qravitasiya təsiri nəticəsində tədricən indiki orbitinə yaxınlaşıb.

Bu nəticəyə gəlməyə imkan verən əsas göstəricilərdən biri planetin temperaturu olub. Onun tarazlıq temperaturu təxminən 400 kelvin, yəni 127 dərəcə Selsi təşkil edir. Bu göstərici belə zəif istilik yayan ağ cırtdandan bu məsafədə yerləşən planet üçün gözləniləndən xeyli yüksəkdir.

Alimlər bunu qravitasiya nəticəsində yaranan gelgit qüvvələri ilə izah edirlər. Planet daxilə doğru miqrasiya edərkən qravitasiya təsiri onun daxili qatlarını qızdırıb və həmin istilik effekti bu günə qədər qorunub saxlanılıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu kəşf Günəş sisteminin gələcəyini anlamaq baxımından da əhəmiyyətlidir.

Təxminən beş milyard ildən sonra Günəş də qırmızı nəhəngə çevriləcək. Bu mərhələdə Merkuri, Venera və böyük ehtimalla Yer məhv olacaq. Lakin daha uzaqda yerləşən Yupiter və Saturnun bu prosesi keçərək sağ qalması mümkündür. Alimlərin fikrincə, onlar da gələcəkdə "WD 1856b” planetində olduğu kimi Günəşin qalıqlarına doğru yaxınlaşa bilərlər.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner