Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |    
Mojo.az Avto
Mojo.az Avto

İndiyədək itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

01.09.2026 20:02 300
İndiyədək itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
İndiyədək Birinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Belə ki, cari ildə ailələrinə təhvil verilmiş və dəfn olunanların sayı 85 nəfər olub. Onlardan 21-i avqustda, 64-ü cari ilin yanvar-avqust aylarında dəfn edilib.

Bu günədək 910 şəxsə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Bunlardan 5-i cari ilin avqust ayında, 79-u isə ilin yanvar-avqust ayları ərzində aşkarlanıb.

Aparılan DNT və məhkəmə-tibbi üsullarla müəyyən edilmiş 328 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib ki, bunun da 57-si cari ilin ilk 8 ayında reallaşıb.

Bununla yanaşı, azad edilmiş ərazilərdə aparılan araşdırmalar zamanı indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb.

Məlumatda həmçinin vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.

Son xəbərlər