Mojo.az Banner
19:06 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq  |     18:46 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA  |     18:06 Donuz və həşərat mənşəli aroma vericilər Azərbaycanda da qadağan edilə bilərmi?  |     17:59 Xeyli dərman və siqaretin ölkəyə gizli keçirilməsinin qarşısı alındı  |     17:44 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ - FOTO  |     17:21 Azərbaycan-Ukrayna arasında hökumət rabitəsi üzrə sazişə dəyişiklik edilir  |     17:11 Bakı metrosunda qatarlararası intervallar azaldılır  |     17:03 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi  |     16:43 Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı  |     16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |     15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |     14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |    
Mojo.az Avto
Mojo.az Avto

3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA

01.09.2026 21:14 357
3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA
Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilərək 5 uşaqdan 3 uşağa endirilməsi təklif olunur.

Təklif qəbul ediləcəyi təqdirdə, 3 və daha çox uşağı olan ailələrin də müavinət almaq imkanının genişləndirilməsi gündəmə gələ bilər.

Bəs belə bir dəyişiklik dövlət büdcəsinə nə qədər əlavə yük gətirə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi parlamentdə irəli sürülən təkliflərdən biridir. Deputatın sözlərinə görə, hazırda 5 və daha çox uşağı olan ailələrə müavinət ödənilir.

Eyni zamanda, 5 və daha çox uşağı olan şəxslər pensiyaya daha tez çıxır. Vüqar Bayramov qeyd edib ki, təklif çoxuşaqlı ailə anlayışının mərhələli şəkildə 3 uşağa qədər endirilməsidir:

“Nəzərə alsaq ki, statistikaya əsasən, hazırda 13 325 ailə 5-dən çox uşağı olan ailələrdir və bu ailələrə müavinətin ödənilməsi həyata keçirilir. Eyni zamanda, 3 uşaqlı ailələrin sayı 256 mindən çoxdur. 4 uşaqlı ailələrin sayı təxminən 71 min, 5 uşaqlı ailələrin sayı isə 23 min təşkil edir. Bu baxımdan, 3 və daha çox uşağı olan bütün ailələrə eyni vaxtda müavinət ödənilməsi dövlət büdcəsi üçün əhəmiyyətli maliyyə yükü yarada bilər.

Keçidin mərhələli həyata keçirilməsi daha məqsədəuyğundur. İlk mərhələdə 5 və daha çox uşağı olan ailələrin, daha sonra 4 və növbəti mərhələdə isə 3 və daha çox uşağı olan ailələrin əhatə olunması təklif edilir”.

“Bu artıq mərhələli şəkildə həm də maliyyə yükünün paylaşdırılmasına gətirib çıxara bilər və büdcə üçün də ağırlıq yaratmaz. Ona görə təbii ki, biz bu istiqamətdə mərhələli keçidin tərəfdarıyıq və profil qurum tərəfindən də maliyyə daxil olmaqla digər qiymətləndirmələrin aparılmasını məqsədəuyğun hesab edirik”, –deputat əlavə edib.


скачать dle 11.3
Mojo.az Banner