Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanla Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər

01.09.2026 19:44 264
Azərbaycanla Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər
"Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirib".

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib.

"Azərbaycan sülh gündəliyinə sadiq olaraq Ermənistana enerji məhsullarının ixracatını həyata keçirir, eyni zamanda Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Təbii ki, bu, Azərbaycanın regiondakı sülhə töhfəsi və dəstəyini bir daha təsdiq edir. Azərbaycan ilə Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Bu ilin ilk 7 ayında isə iki ölkə arasında 17.4 milyon dollarlıq ticarət qeydə alınıb. Azərbaycan və Ermənistan arasında apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. Söhbət idxal-ixrac əməliyyatlarından gedir.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq. Bu konteksdən təbii ki, beynəlxalq yük daşımalardan da ölkələrin daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq həm dayanıqlı sülhün, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır".

Son xəbərlər