Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?

22.10.2026 22:27 366
10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?
Mağazalarda kərə yağı adı ilə satılan məhsulların qiymətləri arasında ciddi fərqlər var. Bəzi marketlərdə bu məhsullar endirim adı altında 10–11 manata təklif edilir. Qiymət fərqi isə məhsulların tərkibi, keyfiyyəti və istehsalında istifadə olunan xammalla bağlı suallar yaradır.

Bəs istehlakçılar kərə yağı alarkən nələrə diqqət etməlidirlər və ucuz yağların sağlamlığa hansı təsirləri ola bilər?

Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yağ seçərkən məhsulun keyfiyyətinə və mənşəyinə xüsusi diqqət yetirmək lazımdır:

"Yağın tərkibində A, D, E və K vitaminləri var. Bunlar orqanizmin sağlamlığı, hormon balansının düzgün işləməsi, vitaminlərin sorulması, hüceyrə və beyin sağlamlığı, eləcə də immunitetin güclənməsi üçün əhəmiyyətlidir. Yağların tərkibində omeqa-3, omeqa-6 və omeqa-9 yağ turşuları da var. Xüsusilə omeqa yağ turşularının bəziləri bitki yağlarında daha çox olur. Buna görə yağ alarkən məhsulun keyfiyyətinə və mənşəyinin bəlli olmasına diqqət yetirmək lazımdır. Ucuz məhsullarda keyfiyyətsiz xammaldan istifadə edilməsi və düzgün olmayan emal üsulları sağlamlıq üçün risklər yarada bilər. Xüsusilə xroniki xəstəlikləri olan insanlarda belə məhsulların istifadəsi xəstəliyin kəskinləşməsinə səbəb ola bilər".

Mütəxəssis qeyd edib ki, uzun müddət keyfiyyətsiz yağlardan, xüsusilə də kərə yağı əvəzinə marqarin və spred məhsullarından istifadə sağlamlıq baxımından arzuolunmaz nəticələrə gətirib çıxara bilər:

"Keyfiyyətsiz və doymuş yağlarla zəngin məhsulların uzun müddət istifadəsi ürək-damar sistemində problemlərin yaranması, çəki artımı və digər sağlamlıq riskləri ilə əlaqəli ola bilər. Belə məhsulların istehsalında yüksək temperaturdan və uyğun olmayan emal üsullarından istifadə edilməsi də əlavə risklər yarada bilər. Xüsusilə inkişaf dövründə olan uşaqlar, xroniki xəstəlikləri, ürək və qaraciyər problemləri olan insanlar yağ seçiminə daha həssas yanaşmalıdırlar. Buna görə ucuz məhsul seçərkən yalnız qiyməti deyil, onun tərkibini və keyfiyyətini də nəzərə almaq vacibdir".

Məhsəti Hüseynova sağlam alternativlərə üstünlük verməyin vacibliyini də vurğulayıb:

"Yağ seçərkən keyfiyyətli xammaldan hazırlanan məhsullara üstünlük verilməlidir. Salatlarda soyuq sıxım zeytun yağından, yeməklərin hazırlanmasında isə keyfiyyətli zeytun və günəbaxan yağlarından istifadə etmək olar. Kərə yağı da rasionda yer ala bilər, lakin onun miqdarı ümumi qidalanma rejiminə uyğun olmalıdır. Gün ərzində qəbul edilən yağın miqdarı insanın yaşından, enerji ehtiyacından və sağlamlıq vəziyyətindən asılıdır. Əsas məsələ yağları tamamilə rasiondan çıxarmaq deyil, keyfiyyətli məhsul seçmək və onları normada istifadə etməkdir".

Son xəbərlər