Mojo.az — elanlar
Son Xəbərlər
21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Ürək sağlamlığı üçün ən faydalı balıqlar BUNLARDIR

11.08.2026 15:14 348
Ürək sağlamlığı üçün ən faydalı balıqlar BUNLARDIR
Bəzi balıq növlərinin ürək-damar sistemi üçün xüsusilə faydalı olduğu açıqlanıb.

Diyetoloq Angel Luk “Tasting Table”a açıqlamasında ürək xəstəliklərinin profilaktikası üçün omeqa-3 yağ turşuları ilə zəngin balıqların qida rasionuna daxil edilməsini tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, omeqa-3 yağ turşularının ən yüksək konsentrasiyası siyənək və qızılbalıqda (salmon) olur. Bu balıqların 100 qram bişmiş hissəsində təxminən 2150 milliqram omeqa-3 yağ turşusu mövcuddur.

Diyetoloq bildirib ki, balıqda ürək-damar sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyan eikosapentaen turşusu (EPA) və dokosaheksaen turşusu (DHA) var. Bu maddələr periferik arteriya xəstəliklərinin və digər ciddi ürək-damar fəsadlarının inkişaf riskinin azalmasına kömək edə bilər.

Mütəxəssisin sözlərinə görə, omeqa-3 yağ turşuları orqanizmdə iltihab proseslərinin azalmasına da kömək edir. Bundan əlavə, bu maddələr hamiləlik dövründə və körpələrin inkişafında beyin və gözlərin sağlamlığı üçün mühüm rol oynayır.

Diyetoloq faydalı maddələrin sardina və skumbriyada da kifayət qədər olduğunu bildirib. Lakin onların omeqa-3 tərkibi qızılbalıq və siyənəklə müqayisədə daha aşağıdır.

Qeyd edək ki, ürək-damar sağlamlığı üçün balığın faydası onun hazırlanma üsulundan da asılıdır. Qızartmaq əvəzinə sobada, buğda və ya qril üsulu ilə bişirmək daha sağlam seçim hesab olunur.//sfera.az

Son xəbərlər