Mojo.az — elanlar
Son Xəbərlər
22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yumurtanın qiyməti bu tarixdən UCUZLAŞACAQ

13.02.2026 21:38 729
Azərbaycanda yumurtanın qiyməti bu tarixdən UCUZLAŞACAQ
Son günlər bazarda ən çox müzakirə olunan mövzulardan biri yumurtanın qiymətidir.

Median.Az
-in məlumatına görə, istehlakçılar bahalaşma ehtimalı ilə maraqlanır, istehsalçılar isə mövcud vəziyyətin sabit olduğunu bildirirlər.

Mövcud statistik göstəricilər isə qiymət artımı üçün ciddi əsasın olmadığını göstərir. Bəs yaxın aylarda yumurta ucuzlaşa bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə bildirib ki, hazırda ölkədə gündəlik yumurta istehsalı 5 milyon 200 min ədəddən artıqdır:

"Daxili istehlak isə təxminən 4 milyon 400 min ədəd səviyyəsindədir. Yəni bazarda təklif tələbi üstələyir və bu da qiymətlərin sabit qalmasına imkan yaradır.

Hazırda yumurta ixracı həyata keçirilmir. Lakin gözləntilərə görə, mart ayından sonra - aprel ayının əvvəllərindən etibarən ixrac prosesinə başlanıla bilər. Buna baxmayaraq, daxili bazarda kifayət qədər ehtiyatın olduğu bildirilir.

Toyuq əti və digər quşçuluq məhsulları üzrə isə yaxın dövrdə ucuzlaşma proqnozlaşdırılmır. Bunun əsas səbəbi yem məhsullarının qiymətində ciddi dəyişiklik olmamasıdır. Yem xərcləri istehsalın əsas hissəsini təşkil etdiyindən, onların bahalaşması toyuq əti və yumurtanın maya dəyərinə birbaşa təsir edir.

Əgər gələcəkdə yem məhsullarının qiymətində ucuzlaşma baş verərsə, bu, həm toyuq ətinin, həm də yumurtanın qiymətinə müsbət təsir göstərə bilər. Hazırkı vəziyyətdə isə qiymət artımı üçün əsas görünmür.

Bundan əlavə, toyuq əti məhsulları üzrə ixrac planlaşdırılmır ki, bu da daxili bazarda təklifin azalması riskini minimuma endirir. Mövcud şəraitdə yumurta qiymətlərinin sabit qalacağı, yay aylarından isə mövsümi amillərin təsiri ilə müəyyən qədər ucuzlaşa biləcəyi ehtimal olunur".

Son xəbərlər