Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yumurta bahalaşıb, yoxsa ucuzlaşıb? - Fakt və ekspert rəyi

22.08.2025 22:39 717
Yumurta bahalaşıb, yoxsa ucuzlaşıb? - Fakt və ekspert rəyi
Azərbaycanda yumurtanın qiyməti qalxıb.

İri market şəbəkələrində sarı broyler yumurtasının 15 ədədi 2 manat 40 qəpiyə təklif olunur. Sarı rəngli yumurtanın bir ədədi 16 qəpiyə satılır. Bir həftə bundan öncə isə sarı rəngli 15 ədəd yumurta kasetləri 1 manat 90 qəpiyə satılırdı ki, onun da bir ədədinin qiyməti təxminən 13 qəpiyə başa gəlirdi.

Ağ rəngli 15 ədədlik yumurta alıcılara 2 manat 25 qəpiyə təklif olunur. Onun da bir ədədinin qiyməti 15 qəpikdir.

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli isə Qaynarinfo-ya açıqlamasında yumurtanın qiymətinin stabil olduğunu bildirib:

"Hazırda yumurtanın ölkədəki qiyməti stabildir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta deyərdim ki, ucuzdur. Yay aylarında istehsal bir az azalır. İkincisi, yay aylarında kənd toyuqlarının kütləvi yumurtamasından yumurta bolluğu yaranır. Bu səbəbdən qiymətlər düşür".

Sədrin sözlərinə görə, yumurtanın ən ucuz qiyməti elə Azərbaycandadır:

"Hazırda yumurtanın dünyada qiymətinə nəzər salsaq, ən ucuz qiymət regionda elə Azərbaycandadır. Hindistan, Pakistan və bir neçə ölkədən sonra ən ucuzu bizdədir. Qonşu Gürcüstanda yumurta 20, Türkiyədə 24, Amerikada 1 manat 10 qəpikdir. Biz Amerikaya, yaxın Şərq ölkələrinə də yumurta ixrac edirik".

Son xəbərlər