Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA

17.11.2026 13:47 192
Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA
Güclü külək zamanı binaların dam örtüklərinin, fasad üzlüklərinin və müxtəlif konstruksiya hissələrinin qoparaq ətrafa düşməsi təhlükəsi artır. Xüsusilə köhnə tikililərdə və fasadında təmir işləri aparılmış binalarda bu risk daha ciddi ola bilər. Belə halların qarşısını almaq üçün binaların texniki vəziyyətinə nəzarət və təhlükəsizlik yoxlamalarının aparılması vacibdir. Azərbaycanda çoxmərtəbəli binaların küləyə davamlılığı hansı standartlarla müəyyən edilir?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Median.Az-a bildirib ki, ölkəmizdə konkret olaraq güclü küləyə qarşı xüsusi yoxlamalar və ya ayrıca nəzarət mexanizmi mövcud deyil:
“Ümumilikdə bu məsələ binaların təhlükəsizlik qaydalarına aiddir. Burada əsasən binaların təbii aşınması, onların hansı ardıcıllıqla yoxlanılması və bu yoxlamaların hansı qurumların məsuliyyətinə aid olması nəzərdə tutulur. Bu, kifayət qədər geniş mövzudur. Hər bir şəhər və ya qəsəbə müəyyən inzibati ərazi üzrə nəzarətdədir. Bu ərazilərə rayon icra hakimiyyətləri və bələdiyyələr nəzarət edir. Onların əsas vəzifələrindən biri vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Bu məsələ icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı əsasnamədə də öz əksini tapıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istismarda olan binaların vəziyyətinə nəzarəti də əhatə edir. İlk növbədə, binaların mövcud vəziyyəti barədə uçot aparılmalı, zərurət yarandıqda aidiyyəti qurumlar prosesə cəlb edilməli və müvafiq yoxlamalar həyata keçirilməlidir. Bu məsələlər də yerli icra hakimiyyətlərinin diqqətində olmalıdır”.
O qeyd edib ki, ikinci məsul qurum Fövqəladə Hallar Nazirliyidir:
“Lakin bu cür yoxlamaların hansı ardıcıllıqla və hansı mexanizm əsasında aparıldığını nazirliyin mütəxəssisləri daha dəqiq izah edə bilərlər. Çünki onların bu istiqamətdə öz fəaliyyət planları mövcuddur. Mənzil Məcəlləsində binaların idarə olunması ilə bağlı müddəalar var. Qanunvericiliyə əsasən, çoxmənzilli binaların idarə edilməsi üçün müştərək cəmiyyətlər yaradılmalı və sakinlər binanın idarəetmə formasını seçməlidirlər. Belə binaların ümumi əmlakının saxlanılması və bununla bağlı xərclərin qarşılanması da sakinlərin üzərinə düşür. Lakin ölkəmizdə çoxmənzilli binaların bu qaydada idarə olunmasına əsasən yeni tikililərdə rast gəlinir. Köhnə yaşayış fonduna aid binalarda isə vəziyyət fərqlidir. Həmin binaların idarə olunması sovet dövründən qalan mənzil-istismar sahələri tərəfindən həyata keçirilir. Bununla belə, mənzil-istismar sahələrinin bu istiqamətdəki funksiyaları məhduddur. Onlar əsasən əraziyə xidmət göstərilməsi ilə məşğul olurlar. Binaların fasadlarının və xarici hissələrinin texniki vəziyyətinə görə isə tam məsuliyyət daşımırlar”.

Son xəbərlər