Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı |
Mojo.az Avto
Mojo.az Avto

17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat

17.11.2026 15:09 180
17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat
Azərbaycan xalqının milli oyanış və dirçəliş tarixində mühüm yer tutan 17 noyabr hadisələri xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin əlamətdar mərhələlərindən biri kimi yadda qalıb.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının güclənməsi, erməni millətçilərinin təxribatları və SSRİ rəhbərliyinin baş verənlərə laqeyd münasibəti ölkədə geniş etiraz dalğasına səbəb olub. Minlərlə insan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək üçün meydanlara axışıb, torpaqlarımızın heç bir halda güzəştə gedilməyəcəyini bəyan edib.

Həmin dövrdə keçirilən kütləvi mitinqlər xalqın milli iradəsini, birliyini və mübarizə əzmini nümayiş etdirib. 17 noyabr 1988-ci ildə insanların o vaxtkı Lenin, indiki Azadlıq meydanına toplaşması bu mübarizənin yaddaqalan hadisələrindən biri olub. Sovet hakimiyyətinin təzyiqlərinə və mitinqlərin zor gücünə dağıdılmasına baxmayaraq, xalqın azadlıq arzusu və milli müstəqillik istəyi daha da güclənib. Müstəqilliyin bərpasından sonra bu tarixi hadisələrin əhəmiyyəti bir daha ön plana çıxıb. Xalqın milli oyanışını və azadlıq mübarizəsini təcəssüm etdirən həmin hadisələr Azərbaycanın müasir tarixində mühüm iz buraxıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Median.Az-a şərhində bildirib ki, 17 noyabr Azərbaycan müasir tarixinin ən əlamətdar günlərindən biri kimi yadda qalıb:
“1988-ci ildə erməni millətçilərinin SSRİ rəhbərliyinin himayəsindən və laqeyd münasibətindən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təxribatlara başlaması xalqımızın ciddi etirazına səbəb olub. Minlərlə insan bir nəfər kimi meydanlara axışaraq torpaqlarımızın heç bir halda güzəştə gedilməyəcəyini bəyan edib. Bu baxımdan, 17 noyabr 1988-ci ildə kütlənin o vaxtkı Lenin, indiki Azadlıq meydanına toplaşması mühüm tarixi hadisələrdən biri olub. Uzun müddət davam edən mitinqlər zamanı Azərbaycan xalqı öz iradəsini, qətiyyətini və milli birliyini nümayiş etdirib. İnsanlar torpaqlarımızın güzəştə gedilməsinə qarşı çıxdıqlarını, bu istiqamətdə əvvəllər yol verilmiş güzəştləri isə Azərbaycan xalqına qarşı tarixi ədalətsizlik və cinayət hesab etdiklərini açıq şəkildə ifadə ediblər. Lakin SSRİ rəhbərliyi xalqın tələblərini dinləmək və problemləri dialoq yolu ilə həll etmək əvəzinə, mitinqləri zor gücünə dağıtmaq yolunu seçib”.
O qeyd edib ki, bütün təzyiqlərə baxmayaraq, həmin hadisələr xalqımızın yaddaşında milli oyanışın və müstəqillik mübarizəsinin mühüm mərhələsi kimi qalıb:
“Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra milli dirçəliş ideyası dövlətçilik tariximizin əsas istiqamətlərindən birinə çevrilib. Həmin dövrdə meydanlarda səslənən azadlıq və torpaq çağırışlarının əks-sədası sonrakı illərdə də özünü göstərib. Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının birliyi, iradəsi və qələbə əzmi bu ruhun davamı kimi qiymətləndirilə bilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həmin tarixi mübarizənin mühüm nəticələrindəndir. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın gücünü, imkanlarını və gələcəyə olan inamını nümayiş etdirir. Azərbaycan xalqının milli iradəsini, mübarizə əzmini və dövlət müstəqilliyinə bağlılığını əks etdirən tarixi hadisələr gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyacaq”.

Son xəbərlər