Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

“Qanlı 20 Yanvar” faciəsi Latın Amerikası mətbuatında

23.01.2024 19:57 1 263
“Qanlı 20 Yanvar” faciəsi Latın Amerikası mətbuatında
Perunun aparıcı mətbu orqanı olan “El Peruano” rəsmi dövlət qəzeti və Kolumbiyanın “Al Press” xəbər agentliyinin internet səhifələrində “Qanlı 20 Yanvar” faciəsinə həsr olunmuş məqalələr dərc olunub.

Azərbaycanın Perudakı Səfirliyindən “Report”a verilən məlumata görə, “Qara Yanvar Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir”, “Bir xalqı daha da böyüdən Qanlı Yanvar” başlıqlı məqalələrdə tarixə qara hərflərlə yazılan hadisənin xalqımızın azadlıq iradəsini, mübarizə əzmini qıra bilmədiyinə diqqət çəkilir, əksinə xalqımızın uzun illər arzuladığı müstəqilliyinə nail olduğu və bu uğursuz hərbi müdaxilənin SSRİ-nin süqutunu sürətləndirdiyi qeyd olunur.

Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin dövlət başçısı Mixail Qorbaçovun göstərişi ilə Bakıya gətirilən sovet əsgərlərinin dinc sakinlərə qarşı vəhşicəsinə törətdikləri qətllərin heç vaxt bağışlanmayacağı və xalqımızın qan yaddaşına əbədi həkk olunduğu bildirilir.

Azadlıq arzusu ilə yaşayan Azərbaycan xalqının 20 Yanvar faciəsinin acı nəticələrindən təsirlənmədiyi, əksinə bu hadisələrdən daha da güclənərək çıxdığı və sonradan tarixi zəfərlər yaşadığı qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin bu baxımdan “Qara Yanvar”ı Azərbaycanın müasir tarixinin ən faciəli, eyni zamanda qəhrəmanlıq və şücaət səhifəsi adlandırdığı vurğulanır.

Məqalələrdə bəşər tarixində qara səhifə olaraq yer alan “20 Yanvar” Azərbaycanın müstəqilliyinə aparan bir yol kimi nəzərdən keçirilir və bu gün ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa edərək adını dünyanın lider ölkələri sırasına yazdırdığı, bir sıra dünyamiqyaslı mötəbər tədbirlərə ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğu bildirilir.

Son xəbərlər