Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi

29.06.2026 22:25 426
Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi
Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasında qəbul edilmiş konstitusiya qanunu layihəsinə dair bəyanat yayıb.

Bəyanatda deyilir:

“Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət statusunun təsbit edilməsini nəzərdə tutan konstitusiya qanunu layihəsinin qəbul olunması Korsika xalqı üçün mühüm mərhələdir. Qanun layihəsi adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla Korsikaya daha geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur və bu baxımdan Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi qiymətləndirilir.

Biz, Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu olaraq, Korsika xalqının bu əzmini, qətiyyətini və demokratik prinsiplərə sadiqliyini yüksək qiymətləndirir, onları səmimi qəlbdən alqışlayırıq. Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək istiqamətində nümayiş etdirdiyi əzm və qətiyyət bir daha göstərir ki, xalqların legitim tələbləri gec-tez siyasi müstəvidə öz əksini tapır. Bu baxımdan Fransa Milli Assambleyasında qəbul olunmuş qərar yalnız qanunvericilik aktı deyil, həm də Korsika xalqının uzunmüddətli mübarizəsinin mühüm siyasi nailiyyətidir.

Ümidvarıq ki, Fransa Senatı da tarixi məsuliyyət nümayiş etdirərək Fransa Milli Assambleyasının qəbul etdiyi qərarı dəstəkləyəcək və bununla da Korsika xalqının demokratik iradəsinə hörmət ifadə edəcək. Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu bundan sonra da Korsika xalqının qanuni hüquqlarının, demokratik iradəsinin və dinc siyasi mübarizəsinin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsini dəstəkləməyə davam edəcək”

Son xəbərlər