Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:18 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi | 13:11 Gələn ildən gəlir vergisi bu qədər olacaq | 13:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı | 13:01 Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb | 12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR

17.11.2026 14:08 195
Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR
Yeni il bayramını fərqli məkanda qarşılamaq istəyənlər üçün bölgələrdəki istirahət mərkəzləri ən çox seçilən ünvanlardan biridir.

Ailə üzvləri və ya dostları ilə birlikdə bayram ab-havasından zövq almaq istəyənlər bu günlərdə otellərin təklif etdiyi xüsusi proqramlara və istirahət paketlərinə maraq göstərirlər.

Azxeber.com 31 dekabr – 1 və 2 yanvar tarixlərini əhatə edən bayram paketlərinin qiymətlərini araşdırıb.

31 dekabr – 1 yanvar tarixləri üçün təkliflər

Şabran Wellbeing Resort – 1490 manatdan

Şabranda yerləşən Şabran Wellbeing Resort Yeni il bayramı münasibətilə qonaqlarına xüsusi istirahət paketi təqdim edir. Oteldə təşkil olunacaq bayram gecəsinin əsas qonağı tanınmış müğənni Miri Yusif olacaq. Dekabrın 31-dən yanvarın 1-dək nəzərdə tutulan bir gecəlik paketin qiyməti iki nəfər üçün 1490 manatdan başlayır.

Basqal Resort & Spa – 1820 manatdan

İsmayıllı rayonunda yerləşən Basqal Resort & Spa da Yeni il bayramı üçün xüsusi proqram hazırlayıb. İstirahət mərkəzində keçiriləcək bayram şousunun əsas qonağı Murad Arif olacaq. İki nəfər üçün nəzərdə tutulan iki gecəlik bayram paketinin qiyməti 1820 manatdan başlayır.

Şahdağ Hotel & SPA – 1550 manatdan

Qış turizminin əsas ünvanlarından biri olan Şahdağda da Yeni il təklifləri diqqət çəkir. Şahdağ Hotel & SPA-da iki nəfər üçün üç gecəlik istirahət paketinin qiyməti 1550 manatdan başlayır. Paketə səhər yeməyi, qala şam yeməyi və SPA xidmətləri daxildir.

31 dekabr – 2 yanvar tarixləri üçün təkliflər

Qafqaz Riverside Hotel – 1677

Qəbələdə yerləşən Qafqaz Riverside Hotel-də iki nəfər üçün iki gecəlik bayram paketinin qiyməti 1677 manat təşkil edir. Paketə oteldə yerləşmə, səhər yeməkləri, Yeni il qala gecəsi və qala şam yeməyi daxildir.

Qafqaz Tufandag Mountain Resort Hotel – 1510 manatdan

Qəbələdə yerləşən digər istirahət mərkəzi Qafqaz Tufandag Mountain Resort Hotel-də iki nəfərlik iki gecəlik paketin qiyməti 1510 manatdan başlayır. Paketə səhər yeməyi və şam yeməyi daxildir.

Marxal Resort & Spa – 1850

Şəkidə yerləşən Marxal Resort & Spa-da iki nəfər üçün iki gecəlik Yeni il paketinin qiyməti 1850 manatdır. Paketə oteldə yerləşmə, səhər və şam yeməkləri, eləcə də Yeni il qala gecəsi daxildir.

Gabala Garden Hotel – 932 manatdan

Qəbələdə yerləşən Gabala Garden Hotel daha münasib qiymətli təkliflərdən biri ilə diqqət çəkir. Oteldə iki nəfər üçün iki gecəlik istirahət paketinin qiyməti 932 manat təşkil edir.

Garabagh Resort & SPA – 790 manatdan

Yeni il tətili üçün təqdim olunan təkliflər arasında ən aşağı qiymətlərdən biri Garabagh Resort & SPA-ya məxsusdur. İki nəfər üçün iki gecəlik istirahət paketinin qiyməti 790 manatdır.

Lankaran Springs Wellness Resort – 1500 manatdan

Lənkəranda yerləşən Lankaran Springs Wellness Resort da Yeni il tətilini bölgədə keçirmək istəyənlər üçün xüsusi təkliflər təqdim edir. İki nəfər üçün iki gecəlik istirahət paketinin qiyməti 1500 manat təşkil edir.

Araşdırmaya əsasən, iki nəfərlik Yeni il istirahət paketlərinin qiyməti 790 manatdan başlayaraq 1820 manatadək dəyişir. Ən münasib təklif Garabagh Resort & SPA-da, ən yüksək qiymətli paket isə Quba Palace Hotel-də qeydə alınıb.

Qeyd edək ki, göstərilən məbləğlər otellərin təqdim etdiyi paketlər üzrə başlanğıc və ya elan edilmiş qiymətlərdir. Rezervasiya zamanı otaq kateqoriyası, əlavə xidmətlər və paketə daxil olan imkanlardan asılı olaraq yekun məbləğ dəyişə bilər.

Son xəbərlər