Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:44 Məzuniyyətlə bağlı qaydalar dəyişir | 16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Məzuniyyətlə bağlı qaydalar dəyişir

17.11.2026 16:44 57
Məzuniyyətlə bağlı qaydalar dəyişir
Məzuniyyətlə bağlı yeni qaydalar müəyyən edilir.

Sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Müzakirəyə çıxarılan qanun layihəsində təklif olunan dəyişiklik bu məsələni sistemli şəkildə həll edir.

Əmək Məcəlləsinin 134-cü maddəsi yeni redaksiyada verilir və məzuniyyətin başqa vaxta keçirilməsinin bütün halları dəqiq sadalanır: işçinin xəstəliyi, məzuniyyətin sosial məzuniyyətlə üst-üstə düşməsi, ezamiyyət, istehsal zərurəti zamanı - yalnız işçinin razılığı ilə, hərbi vəziyyət dövründə səfərbərlik tapşırıqları və tərəflərin qarşılıqlı razılığı ilə məzuniyyət bir vaxtdan başqa vaxta keçirilə bilər.

Məzuniyyətin istifadə edilməyən hissəsi yalnız tərəflərin razılığı ilə növbəti ilin məzuniyyətinə birləşdirilə bilər.

Kompensasiya məsələsində iki prinsip müəyyən edilir. Birincisi, istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günləri üçün işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödənilir - həmin günlər artıq itirilmir.

İkinci vacib dəyişiklik ondan ibarətdir ki, məzuniyyətin qanunla müəyyən edilmiş 21 günlük minimum müddəti pulla əvəz edilə bilməz, bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkündür. Başqa sözlə, işçinin istirahət hüququ pulla alınıb-satılan əmtəəyə çevrilmir, insanın sağlamlığı və ailəsi üçün vaxt qorunur.

Əmək müqaviləsi ləğv edilərkən kompensasiya artıq yalnız əsas deyil, əlavə məzuniyyətlərə görə də ödəniləcək. Eyni qaydalar gömrük, vergi və daxili işlər orqanlarında xidmət edənlərə də şamil edilir.

Ədalətli keçid üçün layihədə xüsusi müddəa var: minimum müddətin kompensasiya ilə əvəz edilməsi qadağası qanun qüvvəyə minənədək başa çatmış iş illərinə şamil edilmir. Yəni işçilərin artıq qazanılmış hüquqları qorunur.

Layihənin müddəaları mərhələli şəkildə qüvvəyə minir ki, həm işəgötürənlər, həm də dövlət qurumları yeni qaydalara hazırlaşmaq imkanı qazansın:

- məzuniyyət və kompensasiya qaydaları - qanun dərc edildiyi gündən;

- uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlər, Naxçıvan üzrə subsidiya - 2027-ci il yanvarın 1-dən;

- saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı - 2027-ci il martın 1-dən;

- əməkhaqqının elektron sistem vasitəsilə nağdsız ödənilməsi - 2027-ci il aprelin 1-dən.

Həmçinin Azərbaycanda məzuniyyətə çıxmağın məcburi olması təklif olunur.

Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla (xitam zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda, sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş, dəqiq təsbit olunur.

Layihə çərçivəsində sözügedən hüquqla bağlı digər sahəvi qanunlarda da müvafiq uyğunlaşdırma aparılacaq.

Sözügedən məsələ səsə qoyularaq ilk oxunuşda qəbul olunub.

Son xəbərlər