Mojo.az Banner
19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı

16.05.2019 16:30 2 204
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla, onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəmkir rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.

Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Bildirilib ki, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə əmək məzuniyyətlərinin verilməsi üçün hər il yanvarın sonunadək növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

Tədbirdə əmək münasibətlərinin qeyri-rəsmi şəkildə qurulmasının mənfi nəticələri haqqında da bəhs olunub.

скачать dle 11.3
Mojo.az Banner