Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

İstifadə olunmayan məzuniyyətə görə pul hansı halda ödənilir? – Hüquqşünas açıqladı

12.08.2026 12:52 549
İstifadə olunmayan məzuniyyətə görə pul hansı halda ödənilir? – Hüquqşünas açıqladı
Yay mövsümündə əmək məzuniyyəti ilə bağlı suallar daha da aktuallaşır. Bəzi işçilər müxtəlif səbəblərdən məzuniyyətə çıxmır, bəziləri isə istifadə edilməyən məzuniyyət günlərinə görə əlavə ödəniş alıb-almayacağını bilmir.

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov Median.az-a açıqlamasında deyib ki, yay mövsümündə əmək məzuniyyəti ilə bağlı suallar daha da aktuallaşır:

“İşçilər arasında ən çox maraq doğuran məsələlər əmək məzuniyyətinin minimum müddəti, məzuniyyət hüququnun məhdudlaşdırılması və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin hansı hallarda ödənilməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, işçilərə verilən əsas əmək məzuniyyətinin minimum müddəti 21 təqvim günüdür. Qanunvericiliklə müəyyən edilmiş bəzi kateqoriya işçilər, o cümlədən dövlət qulluqçuları, pedaqoji işçilər və digər xüsusi peşə sahibləri üçün isə daha uzun müddətli əmək məzuniyyəti nəzərdə tutulur. Əmək məzuniyyəti işçinin istirahət hüququnun təmin edilməsinə xidmət edən konstitusion sosial hüquqlardan biridir. Bu səbəbdən işəgötürən işçinin əmək məzuniyyətindən istifadə hüququnu əsassız olaraq məhdudlaşdıra və ya onu davamlı şəkildə məzuniyyətə buraxmaqdan imtina edə bilməz”.
O bildirib ki, Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən, əmək münasibətləri davam etdiyi müddətdə işçinin əsas əmək məzuniyyətinin pul əvəzi ilə əvəz edilməsinə, bir qayda olaraq, yol verilmir:

“Bu yanaşmanın məqsədi işçinin faktiki istirahət hüququnun təmin olunmasıdır. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyası, əsasən, əmək müqaviləsinə xitam verildiyi zaman işçinin istifadə etmədiyi bütün məzuniyyət günləri üçün ödənilir. Qanunvericilik bəzi işçi kateqoriyalarının əmək məzuniyyətindən istifadə hüququnu xüsusi qaydada qoruyur. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, on səkkiz yaşınadək işçilərin və hamilə qadınların əmək məzuniyyətinin növbəti iş ilinə keçirilməsinə yol verilmir. Bu şəxslərin vaxtında məzuniyyətə buraxılması işəgötürənin qanunla müəyyən edilmiş vəzifəsidir. Bundan əlavə, Əmək Məcəlləsinin 134-cü maddəsinə əsasən, işçinin razılığı ilə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi mümkün olsa da, həmin məzuniyyət, bir qayda olaraq, növbəti iş ilində istifadə edilməlidir. İşçinin uzun müddət əmək məzuniyyətindən istifadə etməməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilmir və işəgötürən bu hüququn həyata keçirilməsini təmin etməlidir. Beləliklə, əmək qanunvericiliyi işçinin istirahət hüququnu prioritet hesab edir. Əmək məzuniyyəti yalnız sosial təminat deyil, həm də əmək qabiliyyətinin bərpasına yönəlmiş hüquqi təminatdır. Bu səbəbdən istifadə edilməmiş məzuniyyət günlərinə görə əlavə ödəniş yalnız qanunla nəzərdə tutulmuş hallarda, əsasən əmək müqaviləsinə xitam verilərkən həyata keçirilir. İşəgötürən isə işçilərin məzuniyyət hüququnun vaxtında və tam həcmdə təmin edilməsinə görə məsuliyyət daşıyır”.

Aysel Elnur

Son xəbərlər