Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əlavə məzuniyyətlər kimlərə verilir?

03.06.2026 22:45 480
Əlavə məzuniyyətlər kimlərə verilir?
Əmək Məcəlləsinə əsasən bir sıra kateqoriyalara aid işçilərə əsas məzuniyyətdən başqa, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı, habelə ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilər 6 təqvim günündən az olmamaqla əlavə məzuniyyətlə təmin edilirlər.

Əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı isə müvafiq qaydada təsdiq edilir.

Əmək stajına görə əlavə məzuniyyət hüququ işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu staj dövrü 5 ildən 10 ilədək olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək olduqda 4 təqvim günü, 15 ildən çox olduqda 6 təqvim günü əlavə məzuniyyət verilir.

İşğaldan azad edilmiş ərazilərimizdə işləyən mütəxəssislərə də Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ müəyyən olunub. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən atalar, həmçinin uşaqları övladlığa götürmüş şəxslər də bu hüquqdan istifadə edə bilərlər.

Son xəbərlər