Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi xidmətə getməkdən boyun qaçıran şəxs barədə yeni QƏRAR

05.09.2025 12:20 573
Hərbi xidmətə getməkdən boyun qaçıran şəxs barədə yeni QƏRAR
Şəki Apellyasiya Məhkəməsində hərbi xidmət keçməkdən boyun qaçırmaqda təqsirləndirilən Bayram Məlikovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, Şəki Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttihama görə, 2004-cü il təvəllüdlü Bayram Məlikov müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmadığı halda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin çağırışına əsasən çağırışçı kimi Şəki rayon çağırış komissiyasında tibbi komissiyadan keçərək "hərbi xidmətə yararlıdır" hesab olunub və çağırış vərəqəsi ilə "N" saylı hərbi hissəyə göndərilməsi təyin edilib. Lakin o, üzrsüz səbəbdən 22 iyul 2022-ci il tarixdə təyin olunmuş məntəqəyə gəlməyib, həmçinin sonrakı tarixlərdə də çağırışdan qəsdən yayınaraq hərbi xidmətə getməkdən boyun qaçırıb.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Bayram Məlikov 1 il 9 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və o, məhkəmə iclas zalında dərhal həbs olunub. Hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdi.скачать dle 11.3
Mojo.az Banner