Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi

26.11.2026 22:15 30
Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi
Bakıda xuliqanlıq əməlinə yol verən şəxs həbs olunub.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Seyidf Əzim Şirvani küçəsində qeydə alınıb.

23 yaşlı Arif Bədəlov (şərti adla) səhər saat 5 radələrində sərxoş halda küçədə siqaret çəkib və sonda kötüyü yerə atıb. Ərazidə xidmət aparan polis əməkdaşları buna görə ona irad bildirəndə, Arif qanuni tələbə məhəl qoymayaraq, tabesizlik göstərib. Bu əməlinə görə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

A. Bədəlov əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Arif Bədəlov 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər