Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:28 Parkda tapılan azyaşlının valideyni cəzalandırıldı | 20:20 Kərə yağından sonra duru yağ da bahalaşdı | 19:56 Leyla Əliyevanın təşəbbüsü ilə "agac.az" mobil tətbiqi istifadəyə verilib | 19:33 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında | 19:25 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi | 19:23 Azərbaycanda nəvə babasının evini qarət etdi | 18:58 Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama | 18:56 Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var | 18:53 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 18:37 Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlandı | 18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:49 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü |
Mojo.az Avto
Mojo.az Avto

Kərə yağından sonra duru yağ da bahalaşdı

26.11.2026 20:20 135
VİDEO Kərə yağından sonra duru yağ da bahalaşdı
Azərbaycanda ötən ilin oktyabr ayı ilə müqayisədə bitki yağlarının qiymətində də artım qeydə alınıb. Bu ilin oktyabr ayında günəbaxan yağının bir litrinin qiyməti orta hesabla 5 manat 27 qəpik, qarğıdalı yağının bir litrinin qiyməti isə 6 manat 92 qəpik təşkil edib. Hər iki məhsulun qiymətində bahalaşma müşahidə olunsa da, daha yüksək qiymət artımı qarğıdalı yağında qeydə alınıb.

Median.Az
İctimai TV-yə istinadən xəbər verir ki, alıcılar bitki yağlarının bahalaşmasından şikayətçidirlər.

"Kərə yağından istifadə edirəm. O da endirimdə olanlardan. Endirim olan günlərdə alıram, adi vaxtlarda almıram", - deyə alıcılardan biri bildirib.

Marketlərdə isə müxtəlif istehsalçılara məxsus onlarla çeşiddə bitki yağına rast gəlmək mümkündür. Satıcılar da son bir ay ərzində qiymət artımının daha aydın hiss olunduğunu bildirirlər:

"Türkiyədən, Rusiyadan gələn yağlarımız var. Eyni zamanda, Azərbaycanın yerli istehsalçılarına məxsus məhsullar da satılır. Bu yağlar arasında qiymət fərqi var. Son bir ay ərzində qiymətlərdə təxminən 50 qəpikdən 1 manatadək artım müşahidə olunub".

Bəs qiymət artımı davam edəcək, yoxsa qarşıdakı aylarda bazarda sabitlik gözlənilir?

Məsələ ilə bağlı ekspert Ruslan Atakişiyev açıqlama verib.

Onun sözlərinə görə, kərə yağının kəskin bahalaşması istər-istəməz onun əvəzedicisi olan duru yağa tələbatı artırır:

"Bu da duru yağın qiymətinin artmasına təsir göstərir. Belə olan halda, bazar iştirakçılarında, təchizatçılarda daha çox duru yağ idxal etmək marağı yaranır. Onlar mövcud vəziyyətdən gəlir əldə etməyə çalışırlar. Əgər bu proses davam etsə və daha çox təchizatçı məhsul idxal etsə, nəticədə müəyyən müddətdən sonra qiymətlərin sabitləşməsinə, yəni tarazlığın yaranmasına gətirib çıxara bilər".

Mütəxəssisin fikrincə, duru yağın qiymətinin gələcəkdə necə dəyişəcəyi bazardakı tələb və təklifdən asılı olacaq. İdxal həcminin artması və rəqabətin güclənməsi qiymətlərin sabitləşməsinə şərait yarada bilər.

Hələlik isə alıcılar bahalaşma fonunda endirimləri gözləməyə üstünlük verirlər.


Son xəbərlər