Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü
Tarif Şurasının cibimizə girməyi azmış kimi, indi də influenserlər növbəyə düzülüb. Görünür, bizim cibin qapısı hamının üzünə açıqdır.
Başıma gələn bir hadisəni danışacağam. Siz də agah olun ki, influenser reklamının sehrinə düşüb pulunuzu havaya sovurmayasınız.
Bildiyiniz kimi, xəngəl sezonu başlayıb. Hava bir az soyuyan kimi millət kollektiv şəkildə xəngələ hücum çəkir. Bizim də çox sevdiyimiz bir məkan var. Orada məhz gürcülərin hazırladığı gürcü xəngəli, üstündən də gürcü şərabı verilir. Heç buranı reklam edən influnserlər də görməmişəm, yaxşı yerin reklama ehtiyacı yoxdur çünki.
Amma həmin məkanda adam əlindən tərpənmək olmur. Gərək əvvəlcədən rezerv edəsən. Bizim də ürəyimizə xəngəl düşüb, rezerv yoxdur, evdə hazırlamağı təklif edirəm, ailə veto qoyur: Yox, gedək həmişəki yerə!
Qaldıq naçar. Açdım İnstaqramı, başladım Sumqayıtda yaxşı gürcü xəngəli verən məkan axtarmağa. Qarşıma bir influenser çıxdı. Ay maşallah! Getdiyi bütün restoranlar möhtəşəm, yeməklər əfsanə, xidmət beşulduzlu. Elə tərifləyir ki, adam elə bilir Mişelin ulduzları Sumqayıta köçüb.
Acından qarnımız quruldadığı üçün influenserin təriflərinə inanıb üz tutduq həmin restorana. Adını çəkmirəm, çünki antireklam da bir reklamdır. Bulvara yaxın idi.
Qapıya çatanda ətrafa göz gəzdirdim. İçimdə qəribə bir şübhə yarandı. Əqrəb bürcüyəm də, şübhəçiyəm, hisslərimdə də yanılmıram. Amma ac idik, şübhəni də basdırıb içəri girdik.
Əvvəlcə paytaxt salatı sifariş etdik ki, xəngəl gələnə qədər mədəmizi aldadaq.
Salat əla idi. Dedik, deyəsən, influenser haqlı imiş.
Sonra xəngəl gəldi...
Və biz həyatımızın ən böyük qastronomik məyusluqlarından biri ilə üzləşdik.
Bizim yemək ənənəmizdə xəngəl, adətən, iri porsiyada, sinidə, adamın gözünü oxşayan formada təqdim olunur. İlk dəfə idi ki, boşqabda bir-birinə yapışmış, sanki ailəvi münaqişədən sonra barışmağa məcbur edilmiş xəngəllər görürdüm.
Ət məsələsinə gələndə isə... O artıq ət deyildi. Elə bil blenderə salıb bütün həyat enerjisini əlindən almışdılar. Ət yox, ətin xatirəsi idi. Bir az da davam etsəydilər, yəqin, şorba kimi içməli olacaqdıq. Sıyıq kimi ət. İyrəndim. Ürəyim bulandı, vallah, yeyə bilmədim.
Dedik, eybi yox, bəlkə gürcü xəngəli yaxşı olar. Onu da gözlədik.
Gəldi. O da özündən əvvəlki xəngəlin taleyini yaşayırdı. Uşaq belə yemədi.
Halbuki bir çox yerdə masaya gələn xəngəli istəyə görə qızartdırmaq da olur. Burada onu da etmədilər. Bir-iki çəngəl yedim. Amma sarımsaq-qatıqsız xəngəl? Bağışlayın, bu artıq xəngələ qarşı mənəvi zorakılıqdır!
Nəticədə salatla qarnımızı aldadıb, xəngələ verdiyimiz pulla da özümüzə həyat dərsi vermiş olduq.
İndi gələk əsas məsələyə.
Bu influenserlər restoranları, məhsulları elə tərifləyirlər ki, düşünürsən, bunlar reklam yox, xeyriyyəçiliklə məşğuldurlar. Guya sırf xalqın rifahı, bizim mədəmizin xoşbəxtliyi üçün çalışırlar.
Amma gəlin bir şeyi unutmayaq: onların hər paylaşımının arxasında kommersiya marağı durur. Öz ciblərini doldururlar. Mədələrini inanmıram, ki, doyursunlar. Yəqin ağız dadları yoxdur, belə çıxır...
Siz restorana gedirsiniz, pul ödəyirsiniz, məyus olursunuz. İnfluenser isə öz reklam haqqını çoxdan alıb.
Bir də üz baxım məhsullarını reklam edənlər var. Link paylaşırlar, hər linkdən onların cibinə pullar axır. Bir məhsulu iki dəfə üzünə çəkib deyir ki, möhtəşəmdir, bütün problemlərimi həll etdi.
Ay xanım, sən bu məhsulu kosmetik vasitə kimi istifadə etmisən, yoxsa sehrli çubuq kimi? İki istifadəyə bütün dermatoloji problemlər həll olunursa, dermatoloqların da qapısına kilid vuraq.
Paylaşdığı linkdən, satışdan, reklamdan qazanc əldə edən influenserin marağı ilə sizin marağınız həmişə üst-üstə düşməyə bilər.
Ona görə də hər tərifə inanmayın. Reklamı, rəyi, sponsorlu paylaşımı şəxsi təcrübə, influencerin qazancını isə sizin məmnuniyyətiniz hesab etməyin.
Bir sözlə, dostlar, Tarif Şurası cibimizə Rəsmi şəkildə girir, influenserlər isə reklam adı ilə.
Hər ikisindən qorunmaq üçün bircə məsləhətim var: Cibinizə nəzarət edin. Çünki görünən odur ki, bu ölkədə hamının gözü bizim cibimizdədir!
Sağ olun, cibinizdə muğayat olun!
Median.Az