Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” |
Mojo.az Avto
Mojo.az Avto

Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət

26.11.2026 12:54 129
Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət
Azərbaycanda bəzi sahələrdə, xüsusilə media sektorunda çalışan işçilərin əməkhaqqı, iş yükü və istirahət hüquqları ilə bağlı problemlər müzakirə mövzusudur. Bəzi hallarda əməkdaşların minimum əməkhaqqından aşağı məbləğə işlədildiyi, əmək müqaviləsində nəzərdə tutulan vəzifə öhdəliklərindən əlavə işlərə cəlb olunduğu, eləcə də həftəsonları və istirahət günlərində əlavə ödəniş edilmədən çalışdırıldığı halları olur. Hətta bir çox hallarda isə əmək müqaviləsi belə olmadan vətəndaşlar işə cəlb olunur.

Sizcə, Azərbaycanda əmək hüquqlarının pozulmasının qarşısını almaq üçün nəzarət mexanizmlərində hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, internet-media eksperti Səbuhi Abbasov bildirib:
"Hesab edirəm ki, Azərbaycanda əmək hüquqlarının qorunması üçün ilk növbədə nəzarət mexanizmləri gücləndirilməli, qanun pozuntularına qarşı daha prinsipial mövqe ortaya qoyulmalıdır. Xüsusilə media sektorunda əməkdaşların əmək müqaviləsi olmadan işlədilməsi, minimum əməkhaqqından aşağı ödəniş alması, əlavə işlərə və istirahət günlərində ödənişsiz cəlb edilməsi halları ciddi nəzarətə götürülməlidir.
Burada əsas problem qanunvericiliyin yoxluğunda deyil, mövcud qanunların icrasına nəzarətin yetərli olmamasındadır. Dövlət Əmək Müfəttişliyi tərəfindən müəssisələrdə mütəmadi və risk əsaslı yoxlamalar aparılmalı, işçilərin anonim şikayət imkanları genişləndirilməli, hüquq pozuntularına yol verən işəgötürənlərin məsuliyyəti artırılmalıdır".
Mütəxəssis vurğulayıb ki, jurnalistlərin peşə fəaliyyəti bəzən gecə saatlarında və həftəsonları işləməyi tələb edə bilər. Lakin bu, onların əlavə əməyinin ödənişsiz qalmasına əsas vermir. İşəgötürənlər anlamalıdırlar ki, işçinin əməkhaqqı, istirahət və sosial təminat hüquqları qanunla qorunur və bu hüquqlar heç bir halda pozulmamalıdır.

Median.Az

Son xəbərlər