Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu

25.11.2026 20:14 132
YENİLƏNİB Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu
Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum olub.

Bu barədə oxu.az-a mərhumun qızı Leyla Şabanova məlumat verib.

O bildirib ki, Xalq artisti sabah Yasamal qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.

Qeyd edək ki, E. Şabanova bu gün saat 16 radələrində həyatını itirib.

* * * * *

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi sabah keçiriləcək.


Bu barədə Oxu.Az-a mərhumun qızı Leyla Şabanova məlumat verib.

Bildirilib ki, Elmira Şabanova ilə vida mərasimi noyabrın 26-da saat 11:00-da Təzəpir məscidində keçiriləcək.

* * * *

Xalq artisti Elmira Şabanova vəfat edib.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutundada əvvəlcə aktyorluq (1958-1962), sonra rejissorluq fakültəsini bitirib.

Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.

Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.

"Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmi ilə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.

Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.

Son xəbərlər