Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq | 13:48 Bağça müəllimlərinin işə qəbulu başlayır | 13:39 Bir pişiyin doqquz canı var, sahibinin isə bir maaşı — KÖŞƏ | 13:36 Bakıda iki azyaşlı bacı vəfat edib | 13:33 Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir? | 12:52 İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib | 12:50 Süni intellekt şagirdin əvəzinə düşünməməlidir – Açıqlama | 12:41 Bakıda 37 yaşlı qadın faciəli şəkildə öldü | 12:32 Uşaq pulunun verilməsinə mane olan nədir? – AÇIQLAMA | 12:23 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat | 12:13 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə |
Mojo.az Avto
Mojo.az Avto

Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq

25.11.2026 14:31 39
Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq
Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək əlverişsiz hava şəraitində ehtiyatlı olmağa çağırıb.

İdarədən bildirilib ki, güclü külək yollarda, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin hərəkəti zamanı təhlükəli vəziyyət yarada bilər. Bu səbəbdən həmin nəqliyyat vasitələrinin sürücüləri yüklərin düzgün qablaşdırılmasına xüsusi diqqət yetirməli və hərəkət zamanı daha məsuliyyətli olmalıdırlar.

Sürücülərə nəqliyyat vasitələrini aşma və sürüşmə təhlükəsi olan obyektlərin yaxınlığında saxlamamaq, park edərkən isə mümkün qədər qapalı məkanlara üstünlük vermək tövsiyə olunub.

Qeyd edilib ki, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı görünüş məsafəsini məhdudlaşdıra bilər. Bu səbəbdən sürücülər sürət həddinə və ara məsafəsinə nəzarət etməli, ötmə və manevr zamanı ehtiyatlı davranmalıdırlar.

BDYPİ piyadalara da müraciət edərək hava şəraitini nəzərə almağı, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan davranışlardan çəkinməyi tövsiyə edib.

Son xəbərlər