Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir?

25.11.2026 13:33 198
Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir?
Həyət evlərinin sökülməsi və ya müxtəlif layihələr çərçivəsində plana düşməsi zamanı mülkiyyətçilərə ödəniləcək kompensasiyanın hesablanması bir sıra suallar doğurur. Belə ki, qiymətləndirmə zamanı yalnız yaşayış evinin ümumi sahəsi deyil, həyətdə yerləşən digər tikililərin də nəzərə alınıb-alınmaması maraq doğuran məsələlərdəndir.

Xüsusilə, evlərin həyətində yerləşən zirzəmilər, ərzaq anbarları, saxlanc otaqları və digər yardımçı tikililərin kompensasiya hesablanmasında hansı qaydada qiymətləndirildiyi aydın deyil.

Həyət evləri plana düşərkən kompensasiya hesablanması hansı meyarlar əsasında aparılır? Yalnız yaşayış evinin sahəsi, yoxsa həyətdəki digər tikililər də nəzərə alınır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev bildirib:
"Artıq uzun müddətdir ki, paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının, fərdi yaşayış evlərinin söküntüsü prosesi gedir".
Mütəxəssisin sözlərinə görə, fərdi yaşayış evlərinin söküntüsü zamanı vətəndaşın mülkiyyətində və istifadəsində olan ev, həyətyanı sahədə olan anbar, saxlanc yerləri, sanitaq qovşaqları və bütün tikililərin hər biri ölçülərək qiymətləndirilir. Beləliklə, vətəndaşa bazar dəyərinə uyğun qiymətləndirmə ilə kompensasiya ödənilir.
Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir?Ekspert əlavə edib ki, yeni tikili binalarda isə söküntü işlərini daha çox özəl tikinti şirkətləri aparır. Onlar hər hansısa bir ərazini, çoxmənzilli yaşayış binasını sökürsə, bu zaman sakinləri tikiləcək yeni binalarda mənzillə təmin edir. Vətəndaşların evi söküldüyü gündən onlara yeni mənzildən ev verilənə qədər tikinti şirkəti tərəfindən köç və kirayə xərci də verilir.
Elnur Fərzəliyev onu da qeyd edib ki, fərdi yaşayış evi söküləndə, vətəndaşın torpağının çıxarışı varsa, tikili ilə bərabər torpaq da nəzərə alınır. Torpaq da bazar qiymətinə uyğun dəyərləndirilərək onun da kompensasiyası ayrı formada ödənilir. Lakin torpaq xüsusi mülkiyyətdə olmasa belə, vətəndaşa aid olan bütün tikililər qiymətləndirilərək kompensasiya edilir.

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran əmlak üzrə ekspert Elnur Azadov isə deyib:
"Bu aktual bir məsələdir. Plana düşən ərazilərdə sənədli evlərdən başqa digər sahələrin də mövcud olması və qiymətləndirilməsilə bağlı kompensasiyanın ödənilməsi önəmli mövzudur. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi var. Və həmin qanunvericiliyə əsasən vətəndaşların daşınmaz əmlak mülkiyyətləri tanınır və onların qeydiyyatı həyata keçirilir".
Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir?Elnur Azadov qeyd edib ki, hər hansı bir mülkiyyəti təsdiq edən sənəd yoxdursa, onun qiymətləndirilməsi dəqiq, qanunvericilikdə yol verilmir. Lakin alternativ qanunların burada normativlərin nəzərə alınması tələb olunur. Növbəti məsələ isə mülkiyyət sənədləri ümumiyyətlə yoxdursa, vətəndaşın həmin əmlaka qeydiyyat sənədləri vacibdir. Yəni, həmin ünvanda qeydiyyatdadırsa, sözsüz ki, bu məsələ də mühümdür. Çünki vətəndaşın orada bağlantısı var. Əgər hər hansı bir hüquqi və mülkiyyət sənədi yoxdursa, vətəndaşın istənilən şəkildə həmin əmlaka olan kompensasiyası müəyyən olunmalıdır.
Kompensasiyanın kimlər tərəfindən hazırlanması və necə formalaşmasından bəhs edən mütəxəsis sonda vurğulayıb:

"Dövlət layihələri ilə özəl layihələr arasında fərq var. Fərq ondan irəli gəlir ki, dövlət tərəfindən ayrılan vəsaitlərdə vətəndaşların bir o qədər də incidilməsinə yol verilmir. Konstitusiya və digər hüquqi normativlərə uyğun vətəndaşların mülkiyyəti kompensasiya edilir. Sadəcə olaraq burada sənədli və sənədsiz yanaşması olur ki, bu da qiymət məsələsinə təsir edir.
Özəl şirkətlər çox vaxt öz vəsaitlərinə maksimum qənaət etməyə çalışırlar. Buna görə də kompensasiyaların verilməsində adətən ədalətli yanaşma olmur. Onlar yardımcı sahələrin, zirzəmilərin, köməkçi sahələrin kompensasiyasından ümumiyyətlə boyun qaçırırlar. İstənilən halda vətəndaşın hüququ təmin olunmalıdır. Vətəndaşlar bu məsələ ilə bağı müstəqil fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinə də müraciət edə bilərlər".

Son xəbərlər