Mojo.az Banner
21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |     20:50 Erməni konyakı yenə sərhəddə ilişib qaldı  |     20:45 Bakıda avtobus aşdı - VİDEO  |     20:28 Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər tutuldu  |     20:23 Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar  |     20:15 Narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi  |     20:09 144,9 ha ərazi minalardan təmizlənib  |     20:01 Azərbaycana 6 kq-dan artıq narkotik vasitə keçirmək istədilər  |     19:56 Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu  |     19:48 Azad edilmiş ərazilərdə 230 hektar istixana yaradılacaq  |     19:43 Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sökülən mənzilə görə nə qədər kompensasiya verilməlidir?

18.10.2023 21:50 969
Bakıda sökülən mənzilə görə nə qədər kompensasiya verilməlidir?
Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur. Vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.

Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.

Bəs sökülən evə görə mənzil sahibinə nə qədər kompensasiya ödənilməlidir?

Məsələ ilə bağlı Referans.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda inşa olunan pilot layihələrdə vətəndaşların narazı qaldığı əsas məsələlərdən biri kompensasiyanın ödənişidir:

"Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən Bakıda pilot layihələr üzərindən köhnə, istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökünütüləri başlanıldı. Bu günə qədər onlarla köhnə çoxmənzilli yaşayış binaları sökülərək yeni tikili binalarla əvəzləndi. Hazırda söküntü işləri sürətlə davam edir ki, burada sökünütü işlərini aparan öz sektordur ki, həmin binaları sökür, onların yerində yeni binalar inşa edir və mənzil sahiblərinə sökdükləri gündən etibarən kirayə pulu verir, köç xərclərini verir".

Ekspert qeyd edib ki, daha sonra həmin sakinlərə sökdükləri binaların yerindən 20 faizdən artıq sahəsi olan mənzillər təhvil verilir. Onun sözlərinə görə, vətəndaşa ödənilən kompensasiya təqribən həmin 20 faiz ümumi artıq sahədir: "Bu da vətəndaşın təqribi 2-3 il müddətində gözlədiyinə görə olan kompensasiyalardır. Bundan əlavə həmin ərazilərdə sökülən evlərin əvəzinə vətəndaşa yeni tikili binadan verilən mənzillərin satış qiymətindən vətəndaşın köhnə mənzilinin satış qiymətindən demək olar ki, 2 dəfəyə qədər baha qiymətə bazarda dəyərləndirilir".

Bəzi ərazilər də var ki, özəl şirkətlər həmin əraziləri sökərək yerində hər hansısa bir tikinti işləri aparır, o zaman isə vətəndaşa verilən məbləğ ərazi üzrə qiymətləndirilir və bazar qiymətinə uyğun olaraq vətəndaşlara kompensasiya verilir - deyə Elnur Fərəzliyev əlavə edib.скачать dle 11.3
Mojo.az Banner