Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sökülən evlərə görə nə qədər kompensasiya verilməlidir? - AÇIQLAMA

12.09.2025 19:20 660
Sökülən evlərə görə nə qədər kompensasiya verilməlidir? - AÇIQLAMA
Paytaxtın bir çox rayonlarında – Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahıda köhnə yaşayış binalarının söküntüsü nəzərdə tutulur.

Bu proses həm əhaliyə veriləcək kompensasiyanın həcmi, həm də ümumi mənzil bazarının qiymət dinamikası baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs, əhaliyə ödəniləcək kompensasiya necə hesablanmalıdır?

Əmlak məsələri üzrə ekspert Aqil Tağıyev Baku.ws-ə bildirib ki, söküntülər zamanı ilk diqqət edilən əhaliyə veriləcək kompensasiyanın miqdarıdır. Bu sahədə əksər tikinti şirkətləri ərazi üzrə real bazar qiymətini deyil, özlərinin öncədən müəyyənləşdiridiyi qiymətləri diqtə etməyə çalışırlar:

"Sözsüz ki, bu da haqlı narazılıq yaradır. Belə ki, misal üçün "Kubinka"da, Təbriz küçəsində, "Sovetski"də 40 kv-lıq evi olan vətəndaşa kvdaratı 2000 manatdan kompensasiya təklif edilir. Pis-yaxşı bu adam şəhərin mərkəzində yaşayır. Amma bu ərazidə tikilən binada mənzilin kvadratmetr qiyməti 2500-3800 arasında dəyişir. Yəni vətəndaşın ona hesablanmış kompensasiya ilə həmin ərazidə ev alması qeyri-mümkündür.

Həmin verilən kompensasiya onu ödəmir, həm də kvadrat uyğun gəlmir. Yeni binalarda mənzillər 70-80 kvadratdan başlayır. Bu ölçüdə mənzil üçün isə minimal 170-180 min manat lazımdır. Qısası, normal mənzil almaq üçün kompensasiya real bazar dəyərlərinə uyğun hesablanmalıdır. Hazırda Bakı üzrə orta kv.m qiymətləri təxminən belədir:

Mərkəzi rayonlar (Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai) – 2500–3800 AZN/kv.m

Orta mərkəz zonası (Binəqədi, Nizami) – 1800–2300 AZN/kv.m

Kənar və yarımkənar rayonlar (Sabunçu, Suraxanı, Pirallahı) – 1100–1500 AZN/kv.m

Məsələn, 60 kv.m-lik bir mənzilin dəyəri mərkəzdə 150–250 min AZN, orta zonada 110–140 min AZN, kənarda isə 65–90 min AZN arasında dəyişir. Üstəlik, köçmə, sənədləşmə və ilkin təmir üçün ən azı 20–30% əlavə xərc nəzərə alınmalıdır. Bu səbəbdən, vətəndaşın real şəkildə "normal ev" əldə etməsi üçün kompensasiya mənzilin faktiki bazar qiyməti + əlavə köçmə və təmir xərcləri qədər müəyyənləşdirilməlidir".

Son xəbərlər