Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama

25.11.2026 16:30 30
Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama
Bakıda iki azyaşlı bacının ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

Bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də saat 09:35-də və noyabrın 22-də saat 06:45-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırışlar qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən noyabrın 7-də 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), noyabrın 22-də isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktları qeydə alınıb".

Son xəbərlər