Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi | 14:31 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq | 14:21 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman | 13:56 Bu gün metro və avtobuslarda gedişhaqqı 1 qəpik olacaq | 13:48 Bağça müəllimlərinin işə qəbulu başlayır | 13:39 Bir pişiyin doqquz canı var, sahibinin isə bir maaşı — KÖŞƏ | 13:36 Bakıda iki azyaşlı bacı vəfat edib | 13:33 Zirzəmi, anbar, saxlanc yeri: Söküntü zamanı bunların da pulu ödənilməlidir? | 12:52 İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib |
Mojo.az Avto
Mojo.az Avto

Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır?

25.11.2026 17:00 648
Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır?
Azərbaycan əmək bazarında mövsümi iş elanları arasında diqqətçəkən təkliflərdən biri də zeytun yığımı ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan elanda 150-200 nəfər işçinin cəlb olunacağı, namizədlərin gün ərzində saat 08:00-dan 17:00-dək çalışacağı bildirilir. Lakin elanın ən diqqətçəkən tərəfi əməkhaqqının hesablanma qaydasıdır. Belə ki, işçilərə topladıqları zeytunun hər kiloqramı üçün 19 qəpik ödənilməsi nəzərdə tutulur.

Elanın şərtlərinə əsasən, gündə ən azı 100 kiloqram məhsul toplayan işçinin qazancı 19 manat təşkil edir. Bu isə doqquz saatlıq iş günü müqabilində kifayət qədər aşağı gəlir deməkdir. Üstəlik, əməkhaqqının yalnız 10 gündən bir verilməsi nəzərdə tutulur.

Məsələ mövsümi işlərdə əməkhaqqının hansı prinsiplərlə müəyyənləşdirilməsi, işçilərin sosial müdafiəsi, əməyin normalaşdırılması və minimum əməkhaqqı təminatının bu cür işlərə tətbiqi məsələlərini gündəmə gətirir.

Bəs məhsuldarlıq əsasında əməkhaqqı müəyyənləşdirilməsi hansı hüquqi çərçivədə həyata keçirilməlidir? İşçinin doqquz saatlıq əməyinin qarşılığında əldə etdiyi gəlir qanunvericiliyin tələblərinə uyğundurmu? Mövsümi işlərdə çalışanların hüquqları necə qorunmalıdır?

Məsələ ilə bağlı Median.Az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib:
"Mən ona görə deyirəm ki, Əmək Məcəlləsində saatlıq tarifin tətbiqi elə bir ciddi nəticə verməyəcək. Mən bunu deyəndə, bəziləri təəccüblənir. Əslində, pambıq yığımı da belədir. 10 minlərlə insan cəlb olunur, kilogramına görə 10-15 qəpik pul verilir. Belə hallar meyvə yığımında da baş verir".
Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır?Mütəxəssis qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə də müxtəlif bağlar salınıb, orada da saatlıq yığıma görə ödəniş tətbiq edilir. Bu, Azərbaycanda geniş yayılmış bir praktikadır. Azərbaycandakı, insanlar müxtəlif meyvələrin, tərəvəzlərin yığımına cəlb olunur və onlara kiloqramhesabı qəpiklə pul ödənilir.

Sahib Məmmədovun fikrincə, bu, yəqin ki, cibdən-cibə ödəniləcək, ona görə də rəsmi ödəniş deyil. Əmək Məhəməcələsində dəyişiklik edilir. Belə ki, hər saat üçün ödəniş müəyən olunacaq. Məsələn, şəxs bir günə iki saat, hansısa işi görürsə, hansı tariflə minimum ödəniş ödənilməlidir. O da qanunvericilikdə əks olunacaq. Amma praktikada geniş tətbiqi mümkün olmayacaq.

Median.Az

Son xəbərlər