Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA

05.11.2026 14:27 174
Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA
Noyabr ayında bayram günləri ilə əlaqədar bir sıra tarixlər qeyri-iş günü olacaq. Bununla belə, fəaliyyətini davam etdirən müəssisə və təşkilatlarda çalışan şəxslər həmin günlərdə də işə cəlb oluna bilərlər. Belə hallarda işçilərin əməkhaqqının necə hesablanması və onlara əlavə ödənişin edilib-edilməməsi məsələsi aktuallaşır.

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov Median.Az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçinin bayram və ya digər qeyri-iş günündə işə cəlb edilməsi onun həmin günə görə qanunla müəyyən edilmiş əlavə ödəniş hüququnu aradan qaldırmır:
“Bu məsələdə əsas hüquqi norma Əmək Məcəlləsinin 164-cü maddəsidir. Həmin maddə bayram və ümumxalq hüzn günlərində görülən işə görə əməyin ödənilməsi qaydasını müəyyən edir. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, ödəniş işçinin əməkhaqqı sistemindən asılı olaraq müəyyən edilir. Vaxtamuzd sistemində çalışanlara gündəlik (saatlıq) tarif maaşının ən azı iki misli məbləğində; İşəmuzd sistemində çalışanlara ikiqat işəmuzd qiymətləri ilə; Aylıq əməkhaqqı alanlara iş aylıq iş vaxtı norması daxilində görülübsə, əsas maaşdan əlavə ən azı bir günlük vəzifə maaşı, aylıq norma aşılmaqla görülübsə, əlavə olaraq ən azı ikiqat gündəlik vəzifə maaşı ödənilməlidir. İşçinin arzusu ilə əlavə əməkhaqqı əvəzinə ona başqa istirahət günü də verilə bilər”.
O qeyd edib ki, Əmək Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulan əlavə ödəniş işəgötürən üçün məcburidir:
“Tərəflərin razılığı ilə qanunvericilikdə müəyyən edilmiş minimumdan aşağı ödəniş tətbiq edilə bilməz. İşəgötürənin müəssisənin fəaliyyətinin davam etməsini, işçinin əmək müqaviləsi üzrə vəzifələrini və ya daxili qaydaları əsas gətirərək əlavə ödənişdən imtina etmək hüququ yoxdur. Eyni zamanda, Əmək Məcəlləsinin 107-ci maddəsinə görə, bayram və istirahət günlərində işə cəlbetmə yalnız qanunla nəzərdə tutulmuş müstəsna hallarda mümkündür. Fasiləsiz istehsalat, ticarət, ictimai iaşə, rabitə və nəqliyyat müəssisələri də bu istisnalara daxildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçinin bayram və ya digər qeyri-iş günündə işə cəlb edilməsi onun həmin günə görə qanunla müəyyən edilmiş əlavə ödəniş hüququnu aradan qaldırmır”.

Son xəbərlər