Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib)
"Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunur. Mən də fövqəladə bir vəziyyət baş verməsə, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm".
Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib:
"İnşallah, bu səfər vasitəsilə lazımi addımları atmaq imkanımız olar. Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarımız olub. Əlbəttə, bu arada həm kəşfiyyat rəisini, həm də xarici işlər nazirimi Azərbaycana göndərdim. Bununla yanaşı bu arada istər İlham Əliyevlə, istərsə də yoldaşlarımız arasında telefon diplomatiyası həyata keçirilib, həyata keçirilir.
Noyabrın 8-dəki Zəfər Gününə onlar da çox önəm verirlər. Hər zaman deyirəm, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur".
* * * * *
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
Bu barədə ilk məlumatı türkiyəli jurnalist Ali Xan yayıb.