Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

27.05.2025 17:54 675
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycana səfər edəcək”.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, səfər çərçivəsində Prezident İlham Əliyevlə keçiriləcək görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

“Bununla yanaşı, Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü”nün ikinci iclası da keçiriləcək. Prezident, həmçinin Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək”, - deyə F.Altun qeyd edib.

Xatırladaq ki, bundan əvvəl “TRT Haber” mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışı olacağını, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin də iştirak edəcəyini yazıb.скачать dle 11.3

Son xəbərlər