Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!"

26.11.2026 12:03 30
FOTO Alyona Əliyeva:
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi "Instagram" səhifəsində "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində 2007-ci ildən fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən paylaşım edib.

Paylaşımda qeyd olunur:

"Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində 2007-ci ildən fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə səfərimiz baş tutub. Səfər zamanı insan alveri, məişət zorakılığı, erkən nikah və baxımsızlıqla üzləşmiş, eləcə də risk qrupunda olan uşaqların və yeniyetmələrin reabilitasiyası və sosial reinteqrasiyası istiqamətində mərkəzin fəaliyyəti ilə tanış olduq. Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!"
Открыть публикацию Instagram


Son xəbərlər