Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər | 11:36 Azərbaycanda xroniki miyeloid leykoz ən çox bu bölgələrdə qeydə alınır | 11:31 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi | 11:17 ADSEA-nın fəaliyyətində nöqsanlar aşkarlandı | 23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat

26.11.2026 13:44 0
Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat
Bakıda yeniyetmə oğlan hesaba görə kafenin icarədarını döyüb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 2009-cu il təvəllüdlü Rəsul Məmmədov (soyad şərtidir - red.) dostları ilə birlikdə qəsəbə ərazisində fəaliyyət göstərən "Faxralı" kafesinə gəlib. Onlar kafedə yeyib-içəndən sonra hesabı vermədən oradan qaçıblar. Bir neçə gündən sonra dostlar yenidən həmin kafeyə gəlib yemək yeyiblər. Daha sonra bir-bir kafedən çıxıb qaçmağa çalışıblar. Həmin vaxt kafenin icarədarı onların arxasınca qaçıb və yeniyetmələrdən birini tutub, ondan hesabı tələb edib. Dostunun tutulduğunu görən Rəsul geri qayıdaraq icarədara ağır zərbələr endirib və dostu ilə birlikdə hadisə yerindən qaçıblar. Kafenin icarədarı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb və polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rəsul saxlanılıb.

Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş məhkəməyə göndərilib. Məhkəmədə tərəflər arasında barışıq elan olunub. Məhkəmənin hökmü ilə Rəsul hadisəni törətməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək şərti cəza verib.

Son xəbərlər