Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü

03.07.2025 13:30 1 164
Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü
Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döyüb.

Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini Nicat Azadov (soyad şərtidir) iki il əvvəl Günay Əliyeva adlı xanımla tanış olub və onlar qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar.

Bir müddətdən sonra Günay Nicata zəng edərək onunla kafedə görüşmək istədiyini deyib. Nicat onu kafeyə göndərib, özü isə əmisigildə spirtli içki qəbul etdikdən sonra Günayın yanına gəlib. O, Günayı həmin kafedən götürərək Zabrat qəsəbəsindəki "Zeytun" kafesinə gəlib. Cütlük orada şam yeməyi yeyəndən sonra Nicat kafenin qarşısında dostlarını görüb və kafedən çıxıb həmin şəxslərlə görüşüb. Bir müddətdən sonra Nicat kafeyə qayıtsa da, sevgilisini orada görməyib. O, həmçinin telefonunun da stoldan götürüldüyünü görüb Günayın arxasınca gedib. Nicat Günayı Zabrat qəsəbəsindəki yanacaqdoldurma məntəqəsinin qarşısında yaxalayıb və ondan telefonunu istəyib. Günay telefonu ona qaytarandan sonra sevgililər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Nicat Günayı döyüb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə N.Azadov 1000 manat cərimə edilib.

Son xəbərlər