Mojo.az Banner
SON DƏQİQƏ
17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda BMW-ni benzin tökərək yandıran şəxs azadlığa buraxıldı

07.04.2025 14:18 777
Paytaxtda BMW-ni benzin tökərək yandıran şəxs azadlığa buraxıldı
Bakıda tanışının maşınını yandıran şəxs hakim qarşısına çıxarılıb. O, qisas almaq məqsədilə BMW markalı avtomobilə benzin tökərək yandırıb.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib.

Nicat adlı şəxs tanışı Xəyalın avtomobilini yandırıb. Məlumata görə, Nicat taksi sürücüsü kimi fəaliyyət göstərib. Xəyal Ukraynada işləyən zaman ailəsini Nicata tapşırıb və taksi kimi onları gedəcəkləri ünvanlara aparmasını xahiş edib.

Qonşuların və şahidlərin məlumatına görə Nicat sonradan Xəyalın ailəsini narahat etməyə başlayıb. Hətta qonşular da yaranmış vəziyyətdən narazı olublar. Buna görə Xəyalla Nicat arasında bir neçə dəfə mübahisə olub. Bu məsələdən Nicatın atasının da xəbəri olub.

Xəyal məsələni həll etmək üçün Nicatla görüşmək istəyib. Xəyal özünə məxsus BMW markalı avtomobillə Nicatla görüşə gedib. Nicat idarə etdiyi "Tofaş" markalı avtomobildə olan zaman Xəyal ona işarə edərək saxlamasını istəyib. Lakin Nicat oradan uzaqlaşmaq istəyən zaman maşınlar toqquşub. Xəyal bu barədə "102" xidmətinə məlumat verdikdən sonra polisə gedib. Nicat isə hadisə yerindən uzaqlaşandan sonra maşınına dəymiş zərəri görəndə əsəbiləşib və Xəyaldan qisas almağı qərarlaşdırıb. Hadisə yerinə qayıdan zaman Xəyalın maşınını yol kənarında görüb. Maşına benzin tökərək yandırıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Tərəflər bir-birindən şikayətçi olmayıblar.

Həbsdə olan Nicat barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.скачать dle 11.3

Son xəbərlər