Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:56 Leyla Əliyevanın təşəbbüsü ilə "agac.az" mobil tətbiqi istifadəyə verilib | 19:33 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında | 19:25 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi | 19:23 Azərbaycanda nəvə babasının evini qarət etdi | 18:58 Evdən qaçan azyaşlının taleyi necə olacaq? - Agentlikdən açıqlama | 18:56 Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var | 18:53 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 18:37 Qaradağda 24 kiloqrama yaxın narkotik aşkarlandı | 18:15 Nəsimi Musayevin həbs müddəti uzadıldı | 17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:49 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu |
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyevanın təşəbbüsü ilə "agac.az" mobil tətbiqi istifadəyə verilib

26.11.2026 19:56 27
Leyla Əliyevanın təşəbbüsü ilə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində "agac.az" mobil tətbiqi istifadəyə verilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək və onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir.

Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.

İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq müvafiq ağacın rəqəmsal məlumat kartına baxa bilərlər.

Ağacın quruduğunu, zədələndiyini və ya qulluğa ehtiyacı olduğunu müşahidə edən vətəndaşlar tətbiq vasitəsilə fotoşəkil əlavə edərək Nazirliyə məlumat göndərə bilərlər. Bu imkan qulluq tələb edən ağacların vaxtında müəyyənləşdirilməsinə, yaşıllıqların mühafizəsi üzrə görülən işlərin şəffaflığının artırılmasına və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.

Rəqəmsal uçotun interaktiv xəritə və ictimai iştirak imkanları ilə birləşdirilməsi şəhər yaşıllıqlarının idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğundur. Sistemdə toplanan məlumatlar gələcəkdə süni intellektdən istifadə etməklə ağacların vəziyyətindəki dəyişiklikləri təhlil etmək, riskləri erkən müəyyənləşdirmək və qulluq tədbirlərini planlaşdırmaq üçün əsas yaradır.

"agac.az" mobil tətbiqi hazırda iPhone istifadəçiləri üçün App Store-da əlçatandır.

Son xəbərlər