Rəfiqəsinə “iPhone” hədiyyə etdi, şantaja məruz qaldı - Həbslər var
Azərbaycan rayonlarının birində qadının özünün işlətdiyi “iPhone” markalı telefonu rəfiqəsinə hədiyyə etməsi sonradan onun şantaj olunması ilə nəticələnib.
Zərərçəkən qadının rəfiqəsinin 2002-ci il təvəllüdlü əri Xəzər Qəniyev (ad-soyadlar şərtidir) telefona baxış keçirən zaman mobil cihazın “Google” hesabında uyğunsuz şəkillər aşkarlayıb və bundan sonra şantaj fikrinə düşüb.
O, telefon hədiyyə edən qadından şəkillərin yayılmaması üçün 300 manat tələb edərək alıb. Xəzər bu qanunsuz əməli icra edərkən 20 yaşlı tanışı Kərim Hənifəyevlə əlbir olub.
Polisin işə müdaxiləsindən sonra hər iki şəxs saxlanılıb, onlar barəsində cinayət işi açılıb, iş baxılması üçün məhkəməyə göndərilib. Hər iki şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsiri sübuta yetirilib. Məhkəmənin hökmü ilə Xəzər Qəniyev 6 il 6 ay, Kərim Hənifəyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, zərərçəkən qadın mülki qaydada mənəvi təzminat tələbi də irəli sürüb. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs müştəri qaydada qadına 5000 manat mənəvi təzminat ödəməlidir./Xitab24.az