Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:52 Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü | 17:36 "Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı | 17:35 Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular | 17:34 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər | 17:19 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar | 17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

"Beşiktaş"ın təyyarəsində qorxulu anlar: Batumiyə eniş mümkün olmadı

26.11.2026 17:36 75
İsrail təmsilçisi "Hapoel Beer-Şeva" ilə Batumidə keçiriləcək qarşılaşmaya yollanan "Beşiktaş"ın heyətini aparan təyyarə əlverişsiz hava şəraitinə görə Rize-Artvin hava limanına məcburi eniş edib.

Median.Az
"Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun direktoru Önder Özen məlumat verib.

Onun sözlərinə görə, "qara qartallar" təxminən 3 saatlıq avtomobillə səfərdən sonra Rizedən quru yolu vasitəsilə Batumiyə çatıblar.

Klub direktoru təhlükəli bir uçuş yaşadıqlarını bəyan edib:

"Bir qədər riskli səfər oldu. Təhlükədən qurtulduq. Təyyarəni idarə edən pilot çox ağıllı bir addım atdı və son anda Batumiyə enişdən imtina etdi. Havada bir neçə dövrə vurduqdan sonra Rizeyə qayıtdıq, oradan bura gəldik. Təxminən 8 saatlıq bir yolçuluq oldu. Əslində bu, ev oyunudur. Futbolçular 8 saatdır yoldadırlar".

Klub rəsmisi səmada qorxduqlarını da etiraf edib:

"Hər kəs qorxdu. Bu, çox normaldır, hamının sevənləri, qovuşmaq istədiyi insanlar var. Bir qorxu yaşandı. Əvvəllər mənim rastlaşmadığım bir hadisə oldu. Deyəsən, mənim gördüyüm ən təhlükəli anlardan biri idi".

Qeyd edək ki, UEFA Avropa Liqasının (AL) V turu çərçivəsində "Beşiktaş" - "Hapoel Beer-Şeva" oyunu bu gün Gürcüstanda keçiriləcək. Batumidə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Son xəbərlər