Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Emerald"da oğurluq: Otelə qadın çağırdı, telefonu aparıldı

10.04.2025 21:57 627
Bakıda "Emerald" adlı oteldə müştərinin telefonunu oğurlayan qadına hökm oxunub.

"Emerald" otelinin 405 nömrəli otağından müştərinin "iPhone 15 pro" markalı mobil telefonunu oğurlayan 1989-cu il təvəllüdlü A.G. saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, zərərçəkmiş Orxan "Emerald"ın 405 nömrəli otağını bron etikdən sonra sosial şəbəkə vasitəsi ilə tanış olduğu təqsirləndirilən qadını otelə dəvət edib. A.G. Orxanın dediyi otağa qalxdıqdan sonra birlikdə yemək yeyiblər. Orxan otaqda olan hamama girdikdən sonra təqsirləndirilən şəxs zərərçəkmişə rəfiqəsinin gəldiyini və otelin qarşısına enib qayıdacağını bildirib. Gedərkən isə stolun üzərində olan "iPhone 15 pro" markalı mobil telefonu götürüb və oteldən çıxraq uzaqlaşıb.

Daha sonra təqsirləndirilən qadın "28 may" metrosu yaxınlığında yerləşən "İnfinix" telefon mağazasına gedib və şəxsiyyət vəsiqəsini təqdim edərək oğurladığı "iPhone 15 pro" markalı mobil telefonu 1400 manata satıb və pulu şəxsi ehtiyacları üçün xərcləyib.

Məhkəmənin qərarı ilə 16 gün həbsdə saxlanılması nəzərə alınmaqla, A.G.-ya 5 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner