Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT |
Mojo.az Avto
Mojo.az Avto

Metroda sərnişinin telefonunu oğurladı: Format edib özü işlətdi

08.02.2024 15:44 2 565
Metroda sərnişinin telefonunu oğurladı: Format edib özü işlətdi
Bakı Metropolitenində sərnişinin telefonunu oğurlayan şəxsə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, oğurluğu törətməkdə təqsirləndirilən 15 avqust 1966-cı ildə Bakı şəhərində anadan olmuş Vüqar Əliyev saxlanılıb.

O, ötən ilin noyabr ayında metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik” stansiyası istiqamətinə hərəkət edən qatarda Gülər (şərti) adlı sərnişinin cibindən “BakıKart” ictimai nəqliyyat ödəniş kartını və “Xiaomi Redmi Note” markalı mobil telefonu oğurlayıb.

Vüqar Əliyev oğurladığı telefonu format etdikdən sonra özü işlətməyə başlayıb. Aparılan araşdırma zamanı telefonun yeri müəyyənləşdirilib və Vüqar Əliyev hadisəni törətdiyini etiraf edib.

Məhkəmənin qərarı ilə əvvəllər məhkum olunmuş Vüqar Əliyev Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Son xəbərlər