Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb | 17:11 Bu göbələklərdən uzaq durun - EKSPERTDƏN XƏBƏRDARLIQ | 17:02 Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu | 17:01 ​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 16:57 Prezident bir qrup media nümayəndəsini təltif etdi | 15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Tanış olduğu xanımla oteldə gecələdi, menecerin pulllarını oğurladı

18.11.2023 21:43 3 747
Tanış olduğu xanımla oteldə gecələdi, menecerin pulllarını oğurladı
Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən "Qorqud" oteldə menecer vəzifəsində işləyən xanımın pul qabısını oğurlayan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Bakı şəhərində anadan olmuş Cavid Qənbərov (ad-soyad şərti) tanış olduğu xanımla sözügedən otelə gedib.

Cavid qadınla otelin 5-ci mərtəbəsində yerləşən otaqda birlikdə qalıb. O, birlikdə gecələdiyi Mehin (ad şərti) adlı qadın yatarkən otaqdan çıxıb və 5-ci mərtəbənin dəhlizində gəzərkən üzərində "depo" yazılmış qapının açıq olduğunu görüb. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin otağa daxil olub və otel menecerinə məxsus əl çantasından pul qabının içərisindəki 537 manat pulu oğurlayıb.

Məhkəmənin qərarı ilə ona 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.

Son xəbərlər