Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Anasının sevgilisinin pulunu oğurladı, barəsində hökm oxundu

30.04.2025 16:15 759
Anasının sevgilisinin pulunu oğurladı, barəsində hökm oxundu
Bakının Sabunçu rayonunda anasının tanışının pulunu oğurlamaqda ittiham olunan 2006-cı il təvəllüdlü Lalə Məmmədovanın (ad-soyad şərti verilib - red.) cinayət işinə baxılıb.

Median.Az
Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 6 mart 2025-ci ildə Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən "I əməliyyatı" kafesində baş verib.

Bakı sakini Lalə anası Mahirənin tanışı Mehdiyə məxsus masanın üzərinə qoyduğu mobil telefonunun arxalığındakı 400 ABŞ dolları (günün məzənnəsinə görə 680 manat) pulu gizlincə götürüb.

İstintaq orqanı tərəfindən Lalənin barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lalə Məmmədova elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, pulu ehtiyacı olduğu üçün oğurlayıb və xərcləyib.

Zərərçəkmiş Mehdinin sözlərinə görə, təxminən bir il öncə Sabunçu bazarının yaxınlığında yerləşən kafelərdən birində Mahirə adlı xanımla tanış olub: "Özüm TIR sürücüsüyəm, Bakıya gələndə çox vaxt onunla görüşürəm. Martın 6-da axşam saatlarında Sabunçu bazarının yaxınlığında, kafelərdən birində olarkən Mahirə ilə rastlaşdım. Birlikdə "I əməliyyatı" kafesinə getdik. Həmin vaxt telefonumun qoburunun arxasında 400 dollar pulum vardı.

Mahirə ilə birlikdə spirtli içki içdik. Bir qədər keçmiş Mahirənin qızı Lalə yanımıza gəldi, bizimlə bir masa arxasına əyləşdi, sonra getdi. Təxminən saat 22 radələrində telefonumun qoburunun arxa tərəfində olan 400 dolların yerində olmadığını gördüm. Müşahidə videokamerasına baxdıqda pulu Lalənin oğurladığını aşkar etdik. Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdim".

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Lalənin barəsində bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tələbi qoyulub.скачать dle 11.3
Mojo.az Banner