Mojo.az Banner
21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |    
Mojo.az Avto
Mojo.az Avto

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi

10.12.2025 19:23 396
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib.
 
Bu barədə nazirlikdən məlumat verilib.
 
Bildirilib ki, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.
 
Tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.
 
Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.
 
Hazırda “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.
 
Qeyd edək ki, tətbiq həm iOS, həm də Android əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda “Müəllim” adı ilə axtarış edərək yükləyə bilərlər.скачать dle 11.3
Mojo.az Banner